Avropa İttifaqına ixrac edilən təbii qazın həcmi ikiqat artırılacaq
Siyasət

Avropa İttifaqına ixrac edilən təbii qazın həcmi ikiqat artırılacaq

"Biz 2027-ci ilə qədər Avropaya təbii qaz təchizatımızı iki dəfə artırmağı planlaşdırırıq. 2021-ci ildə Avropaya təbii qaz təchizatımız 8 milyard kubmetr olmuşdur, bu il isə 12 milyard kubmetr olacaq 2027-ci ilə qədər 20 milyard kubmetrə çatdırılacaq. Fikrimcə, bu, minimal həddi təşkil edir, çünki potensial çoxdur. Biz mövcud yataqlardan daha çox qaz hasil edirik. Bu yaxınlarda Xəzərdə ən iri yataqlardan birində hasilatın başlanmasını elan edəcəyik. Həmçinin bərpaolunan enerji mənbələrinə qoyulan sərmayələr təbii qaza ixrac məqsədləri üçün qənaət etmək imkanını yaradacaq". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 22- Vilnüsdə Azərbaycan-Litva biznes forumunda çıxışı zamanı söyləyib.

Zəngin enerji ehtiyatlarına malik olan ölkəmiz növbəti illərdə Avropaya qaz ixracını əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır. Belə ki, Avropanın enerji bazarında əsas aktora çevrilən Azərbaycan ixrac üçün təbii qaza qənaət etmək elektrik enerjisinin istehsalında günəş külək enerjilərindən istifadəyə üstünlük verməklə qitənin enerji təhlükəsizliyindəki rolunu daha da artırmaq niyyətindəndir. Ötən il Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanan "Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu" tərəflər arasında enerji sahəsində möhkəm əməkdaşlıq üçün zəmin yaratmaqla bərabər, -nin təbii qaza olan tələbatının ödənilməsində enerji təhlükəsizliyində mühüm əhəmiyyət kəsb etmişdir. Sənədin imzalanması, həmçinin Azərbaycanı Avropa ölkələri ilə uzunmüddətli iqtisadi əlaqələrə cəlb edir.

Xəzər dənizinin Azərbaycan sektorunda "Şahdəniz" yatağının təsdiq edilmiş ehtiyatları təqribən 1,2 trilyon kubmetr olaraq qiymətləndirilir. "Ümid" "Babək" yataqlarının kəşfi isə Azərbaycanın qaz potensialını daha da artırır. Belə ki, hazırda yataqda istismarda olan 4 quyudan sutkada orta hesabla 3,1 milyon kubmetr qaz 470 ton kondensat hasil edilir. 2012-ci ildən ilk hasilata başlanılan yataqdan bu günədək təqribən 6,7 milyard kubmetr qaz 1 milyon tona yaxın kondensat çıxarılıb. Növbəti mərhələlərdə "Ümid-1" platfomasından daha 2 quyunun qazılaraq istismara verilməsi nəzərdə tutulub. Azərbaycanın yeni qaz yataqları ölkəmizdə bərpaolunan enerjidən istifadə etməklə qaz ixracını daha da genişləndirməyə imkan verir.

Avropa İttifaqının Cənubi Qafqaz regionunda əsas tərəfdaşı olan Azərbaycan Xəzər dənizinin qaz resurslarının Cənub Qaz Dəhlizi vasitəsilə Avropa İttifaqı bazarına çatdırılmasında həlledici rol oynayır. Bu baxımdan Cənub Qaz Dəhlizi Avropa İttifaqının qaza olan tələbatına cavab verə biləcək onun enerji təhlükəsizliyində mühüm rol oynayacaq ən böyük infrastruktur layihədir. Azərbaycan Gürcüstan ərazisindən keçərək qazı Türkiyə sərhədinədək çatdıran Cənubi Qafqaz Boru Kəməri (CQBK) genişləndirilib. Türkiyənin ərazisi ilə 1850 kilometr məsafəyə uzanan Trans-Anadolu Boru Kəməri (TANAP) Xəzər regionu ilə Avropa bazarları arasında mühüm əlaqə rolunu oynayır. TANAP-a qoşulan Trans-Adriatik Boru Kəməri (TAP) təxminən 878 kilometr məsafəni əhatə edir. Onun ilkin gücü 10 milyard kubmetr, potensialı isə 20 milyard kubmetrdir. TAP Azərbaycan qazını Avropa istehlakçılarına çatdıran Cənub Qaz Dəhlizinin yekun hissəsidir. 3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizi boru kəməri vasitəsilə 2027-ci ilə qədər ölkəmiz qaz ixracını artıraraq 20 milyard kubmetrə çatdırmağı hədəfləyir. Bu artım Avropanın enerji şaxələndirilməsinə əhəmiyyətli töhfə verəcək onun digər qaz təchizatçılarından asılılığını azaldacaq. Bununla da, Avropa ölkələri öz qaz tədarüklərini diversifikasiya etməklə, geosiyasi gərginliklərin qarşısını alacaq. Beləliklə, təsdiqlənmiş qaz ehtiyatları 2,6 trilyon, proqnozlaşdırılan ehtiyatlar isə təxminən 3 trilyon kubmetr olan Azərbaycan Avropanın etibarlı enerji təchizatçısı olduğunu isbat edir.

Azərbaycanın qaz ixracının genişləndirilməsi təkcə ölkə iqtisadiyyatına fayda verməyəcək, həm daha geniş miqyas alacaq. -ni təbii qazla təmin edən Cənub Qaz Dəhlizi artıq Azərbaycanda, Türkiyədə tranzit ölkələrdə məşğulluq imkanları yaradıb iqtisadi artımı stimullaşdırıb. Bundan əlavə, qaz ixracından əldə edilən gəlir Azərbaycanın sosial-iqtisadi inkişafına, infrastruktur layihələrinin maliyyələşdirilməsinə ictimai xidmətlərin yaxşılaşdırılmasına töhfə verəcək. Bu mənada, Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz ixracını artırmaq planları regionun enerji təhlükəsizliyində böyük əhəmiyyətə malikdir.

Bu gün ölkəmiz Avropaya neft, təbii qaz elektrik enerjisi ilə yanaşı, hidrogeni, o cümlədən yaşıl hidrogeni ixrac etməyi planlaşdırır. Təbii qaz daha az istixana qazları çirkləndiricilər buraxaraq, kömür neftə daha təmiz alternativ hesab olunur. Qabaqcıl qaz hasilatı texnologiyaları ciddi ekoloji qaydalar tətbiq etməklə, Azərbaycan qaz hasilatı nəqlinin ətraf mühitə təsirini minimuma endirmək öhdəliyi götürür. Avropanın təbii qaza olan tələbatının qarşıdakı illərdə daha da artırılacağı təqdirdə bu, xüsusi önəm daşıyır. Qitənin enerji istehlakı isə əhalinin artımı, sənayenin inkişafı daha yüksək emissiyalı enerji mənbələrinin dəyişdirilməsi ilə bağlıdır. Azərbaycanın təbii qaz ixracı artan tələbatı ödəyə Avropanın sabit etibarlı enerji təchizatına töhfə verə bilər.

Azərbaycanın qaz ixracının genişlənməsi müxtəlif maraqlı tərəflərlə güclü əməkdaşlığın tərəfdaşlığın nəticəsidir. Belə ki, ölkəmiz Cənub Qaz Dəhlizinin işlənməsi istismarı üçün beynəlxalq enerji şirkətləri, o cümlədən BP, TotalEnergies SOCAR-ın Şahdəniz Konsorsiumundakı tərəfdaşları ilə sıx əməkdaşlıq etmişdir. Azərbaycanın strateji enerji tərəfdaşı kimi Cənub Qaz Dəhlizinin inkişafına böyük dəstək verib. Bu əməkdaşlıq enerji təhlükəsizliyi, diversifikasiya davamlı enerji həllərinin artırılmasında qarşılıqlı marağı ehtiva edir. Bu gün ölkəmiz Avropa ölkələri ilə enerji sahəsində əməkdaşlığı gücləndirmək, uzunmüddətli tərəfdaşlıq əlaqələrini inkişaf etdirmək qaz ixracı üçün bazara çıxışı təmin etmək üçün diplomatik səylər göstərir.

Zəngin qaz ehtiyatları, strateji infrastrukturu güclü tərəfdaşlığı ilə Azərbaycan Avropanın enerji təhlükəsizliyi diversifikasiya məqsədlərinə töhfə verir. Ölkəmizin 2027-ci ilə qədər Avropaya qaz ixracını artırmaq üzrə iddialı planları isə regionun enerji təhlükəsizliyi sahəsində mühüm mərhələni təmsil edir. Belə ki, qaz ixracının genişləndirilməsi iqtisadi ekoloji sahəyə fayda gətirməklə yanaşı, həm Azərbaycan ilə Avropa ölkələri arasında əməkdaşlığa tərəfdaşlığa təkan verəcək. Enerji bazarı inkişaf etdikcə, Azərbaycan Avropanın etibarlı qaz təchizatçısı kimi artan enerji tələbatının ödənilməsində mühüm rol oynayacaq.

Mehparə ƏLİYEVA,

"Respublika".