Avropada qaz ehtiyatları maksimum səviyyəyə yüksəlib
İqtisadiyyat

Avropada qaz ehtiyatları maksimum səviyyəyə yüksəlib

Avropada yeraltı anbarlardakı qaz ehtiyatlarının səviyyəsi tarixi maksimuma çatıb və artmaqda davam edir.

"Respublika" xəbər verir ki, bu barədə "Anadolu Agentliyi" məlumat yayıb.

Bildirilib ki, hazırkı anbar doluluğu 92,65% təşkil edir ki, bu da son beş ilin eyni tarixləri üzrə orta göstəricidən 12 % çoxdur. 92% həddini keçdikdən sonra rezervuarlara qaz vurulma sürəti azalıb. Avqustun 28-də qaz günü ərzində ehtiyatlar ancaq 0,12 faiz bəndi artıb. Bu, aprelin sonundan etibarən bütün mövsüm üçün ehtiyatlarda gündəlik artımın minimum dəyəridir.

Nəzrin ELDARQIZI,

"Respublika".