"Azərbaycan Hava Yolları" aviaşirkəti Bakıdan Fransanın paytaxtı Parisə uçuşları bərpa edir.
Cədvəl üzrə həftədə 2 dəfə - çərşənbə axşamı və cümə günləri Bakıdan Parisə və əks istiqamətdə uçuşlar nəzərdə tutulub. İlk uçuş mayın 9-u həyata keçiriləcək. Uçuş cədvəli ilə daha ətraflı aviaşirkətin rəsmi www.azal.az saytında tanış olmaq mümkündür.
Biletləri, həmçinin AZAL mobil tətbiqi vasitəsilə əldə etmək olar.
"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidməti.