Azərbaycan 187 ölkə ilə ticarət əməliyyatları həyata keçirib
Sosial həyat

Azərbaycan 187 ölkə ilə ticarət əməliyyatları həyata keçirib

2023-cü ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 187 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 111 ölkəyə məhsul ixrac olunmuş, 177 ölkədən idxal olunmuşdur.

“Respublika” xəbər verir ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2023-cü ilin yanvar-iyun aylarında ölkənin xarici ticarət dövriyyəsi 22953,7 milyon ABŞ dolları təşkil etmişdir.

Ticarət dövriyyəsinin 14755,2 milyon dollarını və ya 64,3 faizini ölkədən ixrac olunmuş məhsulların, 8198,5 milyon dollarını (35,7 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 6556,7 milyon dollar məbləğində müsbət saldo yaranmışdır.

Ötən ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 11,4 faiz azalmış, real ifadədə isə 2,5 faiz, o cümlədən idxal 8,5 faiz, ixrac 0,6 faiz artmışdır.

“Respublika”.