Azərbaycan Avropanın etibarlı tərəfdaşına çevrilib
Digər xəbərlər

Azərbaycan Avropanın etibarlı tərəfdaşına çevrilib

Azərbaycanın nüfuzu nəinki regionda, hətta beynəlxalq müstəvidə artmaqda davam edir. Dünyada etibarlı tərəfdaş kimi artıq özünü təsdiqləyən, Cənubi Qafqaz regionunun lider ölkəsinə çevrilən Azərbaycan faydalı əməkdaşlıq əlaqələrini genişləndirməkdədir.

Xüsusi vurğulamaq lazımdır ki, dövlətimizin xarici siyasətində prioritet məsələ əlaqələrin müstəqillik suverenlik prinsiplərinə əsaslanaraq qurulmasıdır. Bunu da uğurla icra edən ölkəmiz müstəqil siyasət yürütməklə böyük dövlətlərin kifayət qədər rəğbətini qazanıb. Azərbaycanın gündən-günə artan qüdrəti onun parlaq gələcəyi üçün zəmin yaratmışdır. Respublikamız, həmçinin müasir beynəlxalq münasibətlər sisteminin fəal aktoru kimi Avropa, Asiya bir çox region dövlətləri ilə həm diplomatik, həm iqtisadi, həm ticari digər sahələr üzrə sıx əməkdaşlıq aparır. Sadaladıqlarımız Azərbaycanın beynəlxalq müstəvidə qazandığı diplomatik uğurdur.

Bəs Azərbaycanın etibarlı tərəfdaşa çevrilməsinin əsasında daha hansı amillər dayanır? Mövzu ilə bağlı danışan iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, Azərbaycanı etibarlı tərəfdaşa çevirən ən başlıca amil ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki roludur. Enerji təhlükəsizliyinin detallarına baxdıqda ilk olaraq Azərbaycanın neft strategiyasının Avropa üçün önəmini vurğulamaq lazımdır. Bunun ardınca ölkəmizin qaz strategiyası da mühüm əhəmiyyət kəsb edir. Hazırda isə alternativ enerji mənbələri hesabına istehsal olunan elektrik enerjisinin Avropaya nəqli nəzərdə tutulur. Bununla bağlı artıq layihələrin konsepsiyası hazırlanır. Azərbaycan, həmçinin tranzit ölkə olaraq həm Şərq-Qərb, həm Şimal-Cənub, həm Orta Dəhlizin, eyni zamanda Orta Asiyanın karbohidrogen ehtiyatlarının Avropaya nəqlində tərəfdaş kimi oynadığı rol da xüsusi əhəmiyyətə malikdir. Hətta cənab Prezidentə ünvanlanan təşəkkür məktublarında da ölkəmizin etibarlı tərəfdaş olduğu xüsusilə qeyd olunur.

Xatırladaq ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində aparıcı rola malik olmaqla, qüdrətli ölkə kimi özünü təsdiqləyir. Bundan başqa, "Azərbaycan Respublikasının 2022-2026- illərdə sosial-iqtisadi inkişaf Strategiyası"na müvafiq olaraq ölkəmizdəki elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 2026- ilədək 24 faizə qədər artırılacağı nəzərdə tutulub. Həmçinin energetika sektorunda da bərpaolunan enerji mənbələrindən istifadəyə geniş yer verilir.

Nəzrin ELDARQIZI,

"Respublika".