Azərbaycan-Bolqarıstan əlaqələri uğurla inkişaf edir
Digər xəbərlər

Azərbaycan-Bolqarıstan əlaqələri uğurla inkişaf edir

Müstəqil Azərbaycan Respublikasının Bolqarıstan dövləti ilə uğurlu diplomatik əlaqələri mövcuddur. Ötən il iyunun 5- Azərbaycan Bolqarıstan Respublikası ilə diplomatik münasibətlər qurmasının 30 illiyini qeyd etdi. İki ölkə arasında olan müvəffəqiyyətli əlaqələrin tarixinə nəzər salaq.

Bolqarıstan Azərbaycan Respublikasının müstəqilliyini 1992-ci il yanvarın 14- tanıyıb. Yeddi il sonra, yəni 1999-cu ilin dekabr ayında isə Bolqarıstanın Azərbaycanda səfirliyi rəsmi fəaliyyətə başlayıb. 16 aprel 2004- ildə Azərbaycan Respublikasının Bolqarıstanda səfirliyi açılıb. 1995-ci il 29-30 iyun tarixlərində ümummilli lider Heydər Əliyev Bolqarıstana rəsmi səfər edib. Bolqarıstan Prezidenti Petar Stoyanovun Azərbaycana ilk rəsmi səfəri isə 1999-cu ilin 2-3 dekabr tarixlərində baş tutub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bolqarıstana ilk rəsmi səfəri 2005-ci il 23-24 sentyabr tarixlərində olub. Ölkə başçılarının qarşılıqlı səfərləri Azərbaycan-Bolqarıstan arasında əlaqələrin inkişafına zəmin yaradıb. Prezident İlham Əliyevin 2015-ci ilin 3-5 mart tarixlərində Bolqarıstan Respublikasına rəsmi səfəri ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsində böyük rol oynayıb. Səfər çərçivəsində Azərbaycan Bolqarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb.

2017-ci ilin oktyabrında Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərin inkişafına mühüm töhfələr verib. Bu günə qədər Azərbaycan-Bolqarıstan münasibətlərinin inkişafı üçün çoxsaylı sənədlərə imza atılıb.

Ötən il sentyabrın 30-da dövlət başçımız İlham Əliyev Bolqarıstanda rəsmi səfərdə oldu. Bu, sayca Prezidentin Bolqarıstana dördüncü səfəri idi. Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin rəsmi dəvəti əsasında baş tutan bu görüşün məqsədi iki ölkə arasında əlaqələri inkişaf etdirmək idi. Səfər müddətində Azərbaycan Bolqarıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər. Azərbaycan Prezidenti nəqliyyat təhlükəsizliyi məsələsindən söhbət açıb: "Azərbaycan öz ərazisində çox müasir nəqliyyat infrastrukturu yaratmışdır, - dəmir yolları, avtomobil yolları, yeni Beynəlxalq Dəniz Ticarət Limanı, - bütün bu infrastruktur obyektləri bir məqsədi güdür ki, Azərbaycan üzərindən tranzit yüklərin həcmi artsın. Bu il bu yüklərin həcmi təqribən 50 faizə yaxın artmışdır. Gələcəkdə bu rəqəm daha da böyük olacaq. Ona görə Bolqarıstan Azərbaycan nəqliyyatçıları indidən bir araya gələrək uzunmüddətli genişmiqyaslı gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparacaqlar".

Ötən dövr ərzində iki ölkə arasında energetika, yeyinti sənayesi, kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları humanitar sahələrdə, o cümlədən mədəniyyət sahəsində əməkdaşlıq inkişaf edərək yüksək strateji səviyyəyə çatıb. 23 sentyabr 2016- il tarixdə Bolqarıstan Respublikasının Baş naziri Boris Boykonun, Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Fondun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə Heydər Əliyev Fondu tərəfindən Bolqarıstanın Veliko-Tırnovo şəhərindəki "Trapezitsa" Memarlıq Muzeyi Qoruğunun konservasiya bərpadan sonra açılış mərasimi keçirilib. Hər il Azərbaycanın Bolqarıstandakı səfirliyi, Bolqarıstandakı Azərbaycan diasporunun Bakı Slavyan Universitetinin Müqəddəs Kliment Ohridski adına Sofiya Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan Dili Mədəniyyəti Mərkəzinin təşkilatçılığı, Azərbaycan-Bolqarıstan Parlamentlərarası Dostluq Qrupu üzvlərinin iştirakı ilə Bolqarıstanda Xocalı faciəsinin ildönümü qeyd olunur. Bolqarıstan Cənub Qaz Dəhlizinin üzvüdür layihədə maliyyə tutumu 40 milyard dollara bərabərdir. Yeddi ölkəni birləşdirən layihə nəticəsində "Şahdəniz" yatağından qaz artıq Avropa ölkələrinə çatdırılır. Nəqliyyat sahəsinin inkişafı üçün hər iki ölkə tərəfindən uğurlu addımlar atılmaqdadır. Bakı-Tblisi-Qars dəmir yolunun açılışı hər iki ölkə üçün yüksək əhəmiyyətə malikdir.

Azərbaycan-Bolqarıstan əlaqələri qarşılıqlı hörmət etimad üzərində qurulub.

Nəzrin CAVADZADƏ,

"Respublika".