Azərbaycan cüdoçuları ilk dəfə dünya Kata çempionatında iştirak edəcək
İdman

Azərbaycan cüdoçuları ilk dəfə dünya Kata çempionatında iştirak edəcək

Oktyabrın 28-29-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində dünya Kata çempionatı keçiriləcək. Azərbaycan cüdoçuları ilk dəfə çempionatda iştirak edəcək.

"Respublika" Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, 35 ölkədən 300-ə yaxın idmançının iştirak edəcəyi yarışda Azərbaycan altı idmançı ilə təmsil olunacaq.

Azərbaycan cüdoçuları Malik Allahverdiyev, İsmayıl Rzayev, Rafiq Nəcəfov - tori (hücum edən idmançı), Samir İsmayılov, İbrahim Aslanov, Əmrah Əhmədov - uke (hücum edilən idmançı) 28 oktyabrda böyüklər arasında “Nage-no-Kata” və “Katame-no-Kata” üzrə fəndləri nümayiş etdirəcəklər.