Taekvondoçularımız beynəlxalq turniri 5 medalla başa vurublar
İdman

Taekvondoçularımız beynəlxalq turniri 5 medalla başa vurublar

Taekvondo üzrə Azərbaycan millisi Dohada keçirilmiş Qətər açıq çempionatını 5 medalla başa vurub.

“Respublika” xəbər verir ki, Federasiyadan verilən məlumata görə, yığma G1 kateqoriyalı yarışda 1 gümüş və 4 bürünc mükafata sahib çıxıb.

İdmançılardan yalnız finalda məğlub olan Cavad Ağayev (74 kiloqram) fəxri kürsünün ikinci pilləsinə yüksəlib. Səyyad Dadaşov (54 kiloqram), Qaşim Maqomedov (58 kiloqram), Həmidreza Badrialiabadi (+87 kiloqram) və Səmərrux Osmanova (53 kiloqram) isə bürünc medala yiyələniblər.