Azərbaycan əhalisinin sayı 10 milyon 138 min 585 nəfər təşkil edib
Sosial həyat

Azərbaycan əhalisinin sayı 10 milyon 138 min 585 nəfər təşkil edib

2019-cu ildə keçirilmiş əhalinin siyahıyaalınmasının nəticəsi əsasında yenidən hesablanmış əhalinin sayı 2023- il aprel ayının 1-i vəziyyətinə 10 milyon 138 min 585 (Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazisindəki əhali istisna olmaqla) nəfər təşkil edib.

AZƏRTAC Dövlət Statistika Komitəsinə istinadla bildirir ki, əhalinin 54,6 faizi şəhər, 45,4 faizi kənd sakinlərindən, 49,8 faizi kişilər, 50,2 faizi isə qadınlardan ibarətdir.