Azərbaycanın aerobika gimnastı Məryəm Topçubaşova Portuqaliyada keçirilən 12-ci Kantanhede Beynəlxalq Açıq Yarışında finala yüksəlib.
"Respublika" xəbər verir ki, o, fərdi çıxışda həlledici mərhələdə iştirak hüququ qazanıb.
Turnirə martın 24-də yekun vurulacaq.