Azərbaycan ilə Türkiyə parlamentləri arasında əməkdaşlıq haqqında saziş imzalanıb
Siyasət

Azərbaycan ilə Türkiyə parlamentləri arasında əməkdaşlıq haqqında saziş imzalanıb

Türk Dövlətləri Parlament Assambleyasının XII plenar iclasında iştirak etmək üçün Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova səfər çərçivəsində Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşüb.

Milli Məclisin Mətbuat ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Mustafa Şentop tədbirə hazırlıq müzakirə olunacaq məsələlərin əhəmiyyəti barədə fikirlərini bölüşüb.

TBMM sədri qardaş ölkələrimiz arasında münasibətlərin ən yüksək dövrünü yaşadığını qeyd edərək, xalqlarımızın həm çətin, həm xoş günlərdə hər zaman birlikdə olduğunu söyləyib. O, bu ilin fevralında Türkiyədə baş vermiş zəlzələ zamanı Azərbaycan dövlətinin xalqının hər zaman olduğu kimi, yenə Türkiyənin yanında olduğunu xatırladıb.

Türkiyənin həmişə Azərbaycanın haqq işinə dəstək verdiyini bildirən Mustafa Şentop istər 44 günlük Vətən müharibəsində, istərsə müharibədən sonra Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən quruculuq bərpa işlərində Türkiyənin qardaş ölkə olaraq Azərbaycanın yanında olduğunu qeyd edib. O, bir neçə gün əvvəl Ermənistanda keçirilən ağır atletika üzrə Avropa Çempionatının açılış mərasimində Azərbaycan Bayrağının yandırılmasını kəskin pisləyərək, bunu vandallıq adlandırıb.

Mustafa Şentop, həmçinin Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin Laçın-Xankəndi yolunda keçirdikləri dinc aksiyaya dəstəyini ifadə edərək deyib ki, Ermənistanın Laçın yolundan minaların, hərbi texnikanın silahların, habelə Azərbaycanın qanunsuz istismar olunmuş faydalı qazıntılarının daşınması üçün istifadə etməsi qətiyyən yolverilməzdir. Laçın yolu yalnız humanitar məqsədlər üçün istifadə olunmalıdır.

Milli Məclisin sədri Sahibə Qafarova dost qardaş ölkələr olan Azərbaycan Türkiyənin bütün beynəlxalq platformalarda uğurlu əməkdaşlığını qeyd edib. Vurğulayıb ki, dövlət başçılarımızın şəxsi dostluq münasibətləri Azərbaycan Türkiyə qardaşlığının, birliyinin strateji müttəfiqliyinin bugünkü yüksək səviyyəyə çatmasında mühüm rol oynayır. Sahibə Qafarova Vətən müharibəsindən sonra dost qardaş ölkələrimizin dövlət başçıları tərəfindən Şuşa Bəyannaməsinin imzalandığını xatırladaraq deyib ki, bu sənədin imzalanması ilə bütün dünya bir daha Azərbaycan-Türkiyə qardaşlığının şahidi oldu. Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan əlaqələrini yeni daha yüksək zirvəyə qaldırdı.

Milli Məclisin sədri cari ildə Türkiyədə baş vermiş zəlzələ zamanı Azərbaycan dövlətinin xalqının qardaş Türkiyənin yanında olduğunu bildirib bunu qardaş dəstəyi kimi qiymətləndirib.

Görüşdə Sahibə Qafarova işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq bərpa işləri, Ermənistanın regionda davamlı sülhün təmin olunmasına qarşı yönəlmiş təxribatçı hərəkətləri barədə geniş məlumat verib.

Milli Məclisin sədri deyib ki, ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, parlamentlərimiz arasında da uğurlu geniş əlaqələr qurulub. Qanunverici orqanlarımız həm ikitərəfli formatda, həm beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir. O cümlədən parlamentlərimizin komitələri, dostluq qrupları arasında da müsbət əlaqələr mövcuddur.

Görüşün sonunda Azərbaycan Milli Məclisi ilə Türkiyə Böyük Millət Məclisi arasında Əməkdaşlıq haqqında Saziş imzalanıb. Parlament sədrləri bu sənədin münasibətlərimizin daha da inkişafına töhfə verəcəyinə əminliklərini ifadə ediblər.