Azərbaycan-İsrail əlaqələri daha da genişlənir
Digər xəbərlər

Azərbaycan-İsrail əlaqələri daha da genişlənir

Aprelin 7-si Azərbaycanla İsrail arasında hökumətlər səviyyəsində diplomatik əlaqələrin qurulduğu gündür. İsrail dövləti qurulduğu gündən bu günümüzə qədər bütün türkdilli xalqlara dost qardaş münasibəti göstərib. Yəhudi xalqı ilə Türk xalqlarının minillərə söykənən tarixi dostluğu vardır.

1991-ci ildə Azərbaycan müstəqillik qazanan zaman İsrail Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən olmuşdur. 1991-ci il dekabrın 25- İsrail Azərbaycanın müstəqilliyini tanıyıb. 1992-ci ilin fevralında Azərbaycanın müstəqilliyinin BMT -da müzakirəyə çıxarıldığı zaman BMT -nın sədri İsrail idi məhz İsrailin yəhudi lobbisinin dəstəyi nəticəsində BMT -da Azərbaycanın müstəqilliyi müzakirəyə çıxarılır. BMT- müstəqilliyimizin tanınmasına ilk səs verən ölkə məhz İsrail olub. İsraildən sonra isə Təhlükəsizlik Şurasının 5 daimi üzvləri olan ABŞ, daha sonra isə İngiltərəFransa Çinin ardından Rusiya Azərbaycanın lehinə səs vermişdir beləliklə Azərbaycan suveren müstəqil ölkə olaraq tanınaraq BMT- daxil olmuşdur. Həmin vaxtdan İsraillə Azərbaycanın diplomatik münasibətləri sürətlə inkişaf etməyə başladı. 1992-ci il aprelin 7- hökumətlərarası diplomatik əlaqələr quruldu. 1993- ilin avqustunda isə İsrailin Azərbaycanda səfiriliyi açılıb.

Bu 30 il vaxt ərzində İsraillə Azərbaycanın diplomatik münasibətləri dostluqqardaşlıq müttəfiqlik səviyyəsinə yüksəldi. Əlbəttə kibu münasibətlərin dərinləşməsində Azərbaycandakı yəhudi icmalarınınAzərbaycandan İsrailə köçən yəhudilərin böyük rolu olmuşdur. Azərbaycandan İsrailə köçən yəhudilər öz vətənləri Azərbaycanla İsrail dövləti arasında yaxşı münasibətlərin qurulması üçün əllərindən gələni ediblər. Birinci İkinci Qarabağ müharibələrində yəhudilər Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda gedən döyüşlərdə könüllü iştirak ediblər. Onlardan Milli Qəhrəman Albert Aqarunov bir neçəsi şəhid olmuşdur.

Birinci Qarabağ müharibəsi zamanı İsrail Azərbaycana əlindən gələn dəstəyi göstərmişdir. Həmçinin 2016- ilin Aprel döyüşləri‚ 2020-ci ilin 44 günlük İkinci Qarabağ müharibəsi zamanı da İsrail dövlətininyəhudi lobbisinin dünya yəhudilərinin Azərbaycana misilsiz dəstəyi oldu. Bu gün İsrail dövləti Azərbaycanın ən etibarlı hərbi strateji müttəfiqidir. Azərbaycanın müdafiə sahəsindəki tələbatının çox hissəsini İsrail təmin edir. Münasibətlər təkcə hərbi sahədə deyiltəhlükəsizlikiqtisaditibbi mədəni sahələrdə İsraillə çox əhəmiyyətli əməkdaşlıq mövcuddur. İsraillə diplomatik münasibətlər müttəfiqlik təkcə hökumətlərarası deyil. Azərbaycan xalqı ilə yəhudi xalqı arasında hələ min illərə söykənən dərin dostluq qardaşlıq münasibətləri mövcuddur. Hər iki xalq arasında əsrlər öncəyə gedib çıxan dərin mədəni əlaqələr mövcuddur. Yəhudilərin Qafqazda Azərbaycanda yaşadığı 2600-2700 illik qədim bir dövr ərzində Azərbaycan xalqı ilə dostluq qardaşlıq ənənəsi mövcud olmuşdur. Yəhudilər bu günümüzə qədər hər zaman Azərbaycana sadiqlik göstəriblər. Dünyanın hər yerində azərbaycançılığı təbliğ ediblər. Azərbaycanın milli maraqlarına hər zaman son dərəcə sadiq olublar. Bu gün İsrail dövləti dünya yəhudiləri Azərbaycanın ən etibarlı dostu müttəfiqidir. Beynəlxalq yəhudi təşkilatları da öz çıxışlarında bəyanatlarında bunu dəfələrlə bəyan edərək daim Azərbaycan dövlətinə xalqına xeyir-dua arzu ediblər.

Mirsamir MƏMMƏDOV,

İsrail Təhlükəsizlik Akademiyasının

Qafqaz üzrə Azərbaycan

 Respublikasındakı Regional

Nümayəndəliyinin direktoru.