Azərbaycan Kuboku:
İdman

Azərbaycan Kuboku: "Zirə" 1/4 finala vəsiqə qazanıb

Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.

"Respublika" xəbər verir ki, günün ikinci matçında "Zirə" "Turan Tovuz"u qəbul edib.

Qarşılaşma paytaxt təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Tovuz klubunun heyətində 4-cü dəqiqədə Otto Con fərqlənib. "Qartallar"ın qollarını 82-ci dəqiqədə Filipe Paxtman, 89-cu dəqiqədə Rüstəm Əhmədzadə vurub.

"Zirə" 1/4 finalda bu gün "Şamaxı"nı mübarizədən kənarlaşdıran "Səbail"lə üz-üzə gələcək.

Qeyd edək ki, daha əvvəl "Sabah", "Sumqayıt", "Araz-Naxçıvan" və "Qəbələ" 1/4 finala vəsiqə qazanıblar. Bu raundun "Qarabağ" - MOİK və "Neftçi" - "Qaradağ Lökbatan" oyunları dekabrın 21-də baş tutacaq.