Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
Qanun

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (II kitab), maddə 585; 2001, № 7, maddə 455; 2002, № 1, maddə 9, № 5, maddə 233, № 8, maddə 463; 2003, № 6, maddə 276; 2004, № 5, maddə 321, № 7, maddə 505, № 8, maddə 598, № 10, maddə 761, № 11, maddə 890; 2005, № 1, maddə 4, № 4, maddə 278, № 6, maddə 462, № 8, maddə 686, № 10, maddə 874, № 12, maddə 1079; 2006, № 1, maddə 3, № 2, maddə 64, № 5, maddə 390, № 10, maddə 847, № 11, maddə 929, № 12, maddə 1032; 2007, № 2, maddələr 65, 68, № 6, maddə 560, № 7, maddə 712, № 8, maddə 756, № 11, maddə 1049, № 12, maddə 1221; 2008, № 6, maddə 462, № 7, maddələr 606, 607, № 12, maddələr 1045, 1049; 2009, № 5, maddə 315, № 7, maddə 517, № 12, maddə 966; 2010, № 3, maddələr 171, 173, 178, № 7, maddə 593, № 12, maddə 1058; 2011, № 6, maddə 480, № 7, maddələr 589, 599; 2012, № 7, maddə 674, № 11, maddə 1062, № 12, maddə 1215; 2013, № 2, maddə 77, № 6, maddələr 616, 626, № 7, maddə 786, № 11, maddə 1265, № 12, maddə 1493; 2014, № 2, maddələr 90, 102, № 4, maddələr 328, 344, № 6, maddə 600, № 11, maddələr 1354, 1362; 2015, № 4, maddə 342, № 5, maddə 511, № 11, maddələr 1270, 1288; 2016, № 2 (II kitab), maddə 218, № 10, maddə 1607, № 12, maddələr 2020, 2031, 2034, 2039; 2017, № 5, maddə 751, № 12 (I kitab), maddələr 2232, 2267; 2018, № 5, maddələr 877, 882, № 7 (I kitab), maddə 1421, № 11, maddə 2235, № 12 (I kitab), maddə 2515; 2019, № 7, maddələr 1198, 1200, № 12, maddə 1898; 2020, № 6, maddə 675, № 7, maddələr 832, 852, 856; 2021, № 6 (I kitab), maddə 541, № 7, maddə 711; 2022, № 5, maddələr 428, 436, № 8, maddə 828, № 12, maddə 1374; 2023, № 1, maddələr 23, 40, № 2, maddə 207, № 4, maddə 445) aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 7.0.8-1-ci maddə əlavə edilsin:

“7.0.8-1. cinayət təqibi üzrə qiyabi icraat – məhkəmə tərəfindən qəbul edilmiş cinayət təqibi üzrə qiyabi icraatın açılması barədə qərar əsasında təqsirləndirilən şəxsin iştirakı olmadan onun barəsində cinayət təqibi üzrə məhkəməyədək, həmçinin birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrində aparılan icraatdır;”.

2. 53-cü maddə üzrə:

2.1. 53.6-cı maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

“Cinayət təqibi üzrə icraat dayandırıldıqdan sonra ibtidai araşdırmanın hərtərəfli, tam və obyektiv aparılması üçün prosessual hərəkətlərin həyata keçirilməsi zərurəti yarandıqda, cinayət təqibi üzrə icraat təzələnir və həmin prosessual hərəkətlər başa çatdırıldıqdan sonra yenidən dayandırılır.”;

2.2. 53.7-ci maddəyə “əleyhinə” sözündən sonra “, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə” sözləri əlavə edilsin.

3. Aşağıdakı məzmunda IV-I fəsil əlavə edilsin:

“IV-I fəsil

Prosessual sənədlərin rəsmi qaydada verilməsi

Maddə 54-1. Prosessual sənədlərin çatdırılması

54-1.1. Bu Məcəllənin 54-1.5-ci və 54-1.6-cı maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, prosessual sənədlər “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda prosessual sənədlərin çatdırılması təhqiqatçı və ya müstəntiq tərəfindən həyata keçirilə bilər, habelə təhqiqatçı, müstəntiq, prokuror və ya hakim tərəfindən təhqiqat orqanına, eləcə də cinayət prosesini həyata keçirən müvafiq orqan tərəfindən öz əməkdaşlarına həvalə edilə bilər.

54-1.2. Prosessual sənəd onu göndərən orqana qaytarılmalı olan, forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış prosessual sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Prosessual sənədin rəsmi qaydada verilməsi cinayət prosesini həyata keçirən orqanda da həyata keçirilə bilər.

54-1.3. Prosessual sənədin çatdırılması vəzifəsi üzərinə düşən şəxslər bunu həmin prosessual sənədi aldıqları vaxtdan bir gündən gec olmayaraq yerinə yetirməli və bu barədə cinayət prosesini həyata keçirən orqana xəbər verməlidirlər.

54-1.4. Prosessual sənədin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarəetmə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə prosessual sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və həmin sənədi mümkün olan ən qısa müddətdə ünvan sahibinə verməlidir.

54-1.5. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə prosessual sənədlərin çatdırılması bu Məcəllənin 51-1-ci maddəsində müəyyən edilmiş qaydada həyata keçirilir.

54-1.6. Azərbaycan Respublikasının hüdudlarından kənarda olduğu üçün şəxsə prosessual sənədlərin bu Məcəllənin 54-1.1 – 54-1.5-ci maddələrində nəzərdə tutulmuş qaydada çatdırılması mümkün olmadıqda və şəxsin olduğu ölkə barədə etibarlı məlumatlar olduqda, prosessual sənədlər həmin şəxsə çatdırılması üçün müvafiq icra hakimiyyəti orqanı vasitəsilə Azərbaycan Respublikasının həmin ölkədəki diplomatik nümayəndəliyinə və ya konsulluğuna, yaxud cinayət işlərinə dair hüquqi yardım göstərilməsi qaydasında həmin ölkənin müvafiq səlahiyyətli orqanına göndərilir.

54-1.7. Tutulmuş və ya həbs edilmiş şəxslərin ünvanına daxil olan prosessual sənədlərin surətləri bu Məcəllənin 161.1.7-ci maddəsində nəzərdə tutulmuş qaydada həbs yerlərinin müdiriyyəti tərəfindən onlara çatdırılmalıdır.

54-1.8. Bu Məcəllənin 54-1.2-ci, 54-1.4-cü, 54-1.5-ci və 54-1.7-ci maddələrində, habelə prosessual sənədin şəxsə çatdırılması barədə yazılı məlumat cinayət prosesini həyata keçirən orqana daxil olduğu təqdirdə bu Məcəllənin 54-1.6-cı maddəsində nəzərdə tutulmuş hallarda prosessual sənəd rəsmi qaydada verilmiş hesab edilir.

 

Maddə 54-2. Çağırış vərəqəsi

54-2.1. Çağırış vərəqəsində aşağıdakı məlumatlar göstərilməlidir:

54-2.1.1. cinayət prosesini həyata keçirən orqanın adı, ünvanı, əlaqə məlumatları (indeks, telefon, faks və s.), təhqiqatçı, müstəntiq, prokuror və ya hakimin soyadı, adı, vəzifəsi və imzası;

54-2.1.2. çağırış vərəqəsinin verilməli olduğu şəxsin prosessual statusu, soyadı, adı, atasının adı, ünvanı, hüquqi şəxsin adı və yerləşdiyi ünvan;

54-2.1.3. çağırışa gəlmənin vaxtı (tarix və saat) və yeri;

54-2.1.4. şübhəli və ya təqsirləndirilən şəxsə münasibətdə şübhənin və ya ittihamın mahiyyəti;

54-2.1.5. bu Məcəllənin müvafiq maddələrinə istinad edilməklə çağırılan şəxsin prosessual hüquq və vəzifələrinin izahı;

54-2.1.6. çağırış vərəqəsi üzrə gəlməmənin nəticələri barədə məlumat, o cümlədən çağırılan şəxsin bu Məcəllənin 178.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda cinayət prosesini həyata keçirən orqana məcburi gətiriləcəyi barədə xəbərdarlıq;

54-2.1.7. təqsirləndirilən şəxsə onun barəsində bu Məcəllə ilə müəyyən edilmiş hallarda qiyabi icraatın açıla biləcəyi və qiyabi hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarıla biləcəyi barədə xəbərdarlıq, habelə həmin icraatda özünün seçimi əsasında müdafiəçi vasitəsilə təmsil olunmaq hüququndan istifadə etmək istədiyi halda, müdafiəçisi barədə məlumatların cinayət prosesini həyata keçirən orqana göndərməli olduğu barədə məlumat.

54-2.2. Çağırış vərəqəsinin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

54-2.3. Çağırış vərəqəsində vaxt müəyyən edilərkən çağırılan şəxsin cinayət prosesini həyata keçirən orqana vaxtında gələ bilmə imkanı nəzərə alınmalıdır.

54-2.4. Çağırılan şəxsin xahişi ilə çağırışın tarixi və vaxtı dəyişdirilə bilər.

54-2.5. Çağırılan şəxs çağırışa gəlmədikdə bu Məcəllənin 178-ci maddəsində nəzərdə tutulmuş qaydada məcburi gətirilə bilər. Çağırılan şəxs üzrlü səbəbdən çağırışa gələ bilmədikdə bu barədə dərhal cinayət prosesini həyata keçirən orqana məlumat verməli, çağırışa gəlməməsinə səbəb olan üzrlü halları təsdiq edən dəlilləri təqdim etməlidir. Bu halda cinayət prosesini həyata keçirən orqan çağırılan şəxsin iştirak edə biləcəyi tarix və vaxtı nəzərə almaqla yeni çağırış tarixi və vaxtı müəyyən edir.

54-2.6. Şəxs telefon, videokonfrans əlaqə sistemi və ya digər rabitə və telekommunikasiya vasitələrindən istifadə edilməklə çağırıla bilər. Bu halda çağırılan şəxsə çağırış vərəqəsinin bu Məcəllənin 54-2.1-ci maddəsində nəzərdə tutulmuş məzmunu, o cümlədən çağırılan şəxsin hüquq və vəzifələri izah edilir və bu barədə protokol tərtib olunur. Şübhəli və ya təqsirləndirilən şəxs telefon, videokonfrans əlaqə sistemi və ya digər rabitə və telekommunikasiya vasitələrindən istifadə edilməklə çağırıldıqda həmin şəxs qabaqcadan xəbərdar olunmaqla onun səsinin qeyd edilməsi təmin olunmalı, bu protokollaşdırılmalı və müvafiq elektron daşıyıcı protokola əlavə edilməlidir.

54-2.7. Həbs yerlərində saxlanılan şübhəli və təqsirləndirilən şəxslər həbs yerinin müdiriyyəti vasitəsilə çağırılırlar.

54-2.8. Fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxslər onların qanuni nümayəndələri vasitəsi ilə çağırılırlar.

Maddə 54-3. Qəbzin məzmunu

54-3.1. Bu Məcəllənin 54-1.2-ci maddəsində nəzərdə tutulmuş qəbzdə aşağıdakılar göstərilməlidir:

54-3.1.1. cinayət prosesini həyata keçirən orqanın adı, ünvanı, təhqiqatçı, müstəntiq, prokuror və ya hakimin soyadı, adı, atasının adı, vəzifəsi;

54-3.1.2. prosessual sənədlərin verilməli olduğu şəxsin prosessual statusu, soyadı, adı, atasının adı, ünvanı, hüquqi şəxsin adı və yerləşdiyi ünvan;

54-3.1.3. prosessual sənədin adı;

54-3.1.4. prosessual sənədin verilmə vaxtı (tarix və saat), yeri, qəbul edən şəxsin soyadı, adı, atasının adı və imzası;

54-3.1.5. prosessual sənədin verilməməsinin səbəbləri;

54-3.1.6. ünvan sahibi olmadığı təqdirdə prosessual sənədin verildiyi şəxsin onu mümkün olan ən qısa müddətdə ünvan sahibinə vermək vəzifəsinə dair qeyd və onun imzası;

54-3.1.7. prosessual sənədin çatdırılması tapşırılmış şəxsin, yaxud rabitə orqanının nümayəndəsinin imzası.

Maddə 54-4. Prosessual sənədləri qəbul etməkdən imtina

Ünvan sahibi və ya digər şəxs prosessual sənədi qəbul etməkdən imtina etdikdə, onu təqdim edən şəxs ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarəetmə orqanı, müvafiq icra hakimiyyəti orqanı və ya iş yerinin müdiriyyətinin iştirakı ilə prosessual sənədin verilməməsinin səbəblərinə dair müvafiq qeydlər etdikdən sonra onu cinayət prosesini həyata keçirən orqana qaytarır. Bu halda prosessual sənəd rəsmi qaydada verilmiş hesab olunur.”.

4. 91.5.42-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 91.5.43-cü maddə əlavə edilsin:

“91.5.43. cinayət təqibi qiyabi icraat qaydasında aparıldıqda:

91.5.43.1. çağırış vərəqəsini, cinayət təqibi üzrə qiyabi icraatın açılması barədə qərarı, habelə cinayət təqibi üzrə qiyabi icraat nəticəsində qəbul edilmiş qiyabi hökm və ya məhkəmənin digər yekun qərarını bu Məcəllənin 54-1 – 54-4-cü maddələrində nəzərdə tutulmuş qaydada almaq (istintaqdan və ya məhkəmədən gizlənməsi müəyyən edildiyi hallar istisna olmaqla);

91.5.43.2. cinayət təqibi üzrə qiyabi icraatda müdafiəçisi vasitəsilə təmsil olunmaq;

91.5.43.3. cinayət işinin materialları ilə tanış olmaq, istintaq və digər prosessual hərəkətlərin keçirilməsinə dair vəsatətlər vermək;

91.5.43.4. cinayət təqibi üzrə qiyabi icraat nəticəsində qəbul edilmiş qiyabi hökm və ya məhkəmənin digər yekun qərarı ilə bağlı bu Məcəllənin 467-17-ci maddəsində nəzərdə tutulmuş qaydada ərizə verərək, onun ləğv edilməsi və cinayət işinə yenidən baxılmasını tələb etmək.”.

5. 92-ci maddə üzrə:

5.1. aşağıdakı məzmunda 92.3.15-1-ci maddə əlavə edilsin:

“92.3.15-1. məhkəməyədək icraat zamanı cinayət təqibi qiyabi icraat qaydasında aparıldıqda;”;

5.2. 92.3.16-cı maddədə “Məcəllədə” sözü “Məcəllənin 51-2-ci və 311.2-ci maddələrində” sözləri ilə əvəz edilsin;

5.3. 92.4.8-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 92.4.9-cu maddə əlavə edilsin:

“92.4.9. cinayət təqibi üzrə qiyabi icraatın açılması barədə prokurorun təqdimatına məhkəmədə baxılarkən – bu Məcəllənin 92.3.15-1-ci maddəsində nəzərdə tutulmuş halda.”.

6. 151-ci maddə üzrə:

6.1. adına, 151.4-cü maddəyə və 151.5-ci maddənin birinci cümləsinə “təqsirləndirilən” sözündən əvvəl “şübhəli və ya” sözləri əlavə edilsin;

6.2. 151.1-ci maddədə “Təqsirləndirilən” sözü “Şübhəli və ya təqsirləndirilən” sözləri ilə əvəz edilsin.

7. 214.3-cü maddənin ikinci cümləsində “226” rəqəmləri “227” rəqəmləri ilə əvəz edilsin.

8. 226-cı maddə ləğv edilsin.

9. 272.2-ci maddədə “226” rəqəmləri “54-1 – 54-4” rəqəmləri ilə əvəz edilsin.

10. 278-ci maddə üzrə:

10.1. adında, 278.1-ci və 278.3-cü maddələrdə “Təqsirləndirilən” sözü “Şübhəli və ya təqsirləndirilən” sözləri ilə əvəz edilsin;

10.2. 278.2-ci maddədə “Təqsirləndirilən” sözü “Şübhəli və ya təqsirləndirilən” sözləri ilə əvəz edilsin və həmin maddəyə “olmadıqda” sözündən sonra “, yaxud şübhəli” sözləri əlavə edilsin;

10.3. 278.4-cü maddəyə “təqsirləndirilən” sözündən əvvəl “şübhəli və ya” sözləri əlavə edilsin.

11. Aşağıdakı məzmunda 290.3.3-1-ci maddə əlavə edilsin:

“290.3.3-1. cinayət təqibi üzrə qiyabi icraata xitam vermək və ibtidai istintaqın aparılması üçün cinayət işini öz göstərişləri ilə müstəntiqə qaytarmaq;”.

12. 299-cu maddə üzrə:

12.1. 299.9.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“299.9.2. cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmamaq şərtilə böyük ictimai təhlükə törətməyən cinayətin törədilməsində təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihama məhkəmədə onun iştirakı olmadan baxılması barədə vəsatət qaldırdıqda;”;

12.2. aşağıdakı məzmunda 299.9.3-cü maddə əlavə edilsin:

“299.9.3. bu Məcəllənin 467-13.1-ci maddəsində nəzərdə tutulmuş halda.”.

13. 301-ci maddə üzrə:

13.1. 301.2.10-cu maddədə “qanunla işə qiyabi baxılmasına yol verildiyi” sözləri “bu Məcəllənin 51-2-ci və 311.2-ci maddələrində nəzərdə tutulmuş” sözləri ilə əvəz edilsin;

13.2. 301.5-ci maddənin ikinci cümləsində “226-cı maddəsində” sözləri “54-1 – 54-4-cü maddələrində” sözləri ilə əvəz edilsin.

14. 311.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“311.2. Təqsirləndirilən şəxsin iştirakı olmadan məhkəmə baxışına yalnız bu Məcəllənin 299.9.2-ci və 299.9.3-cü maddələrində nəzərdə tutulmuş hallarda yol verilir.”.

15. 317.1-ci maddənin birinci cümləsində “226.1 – 226.3-cü” sözləri “54-1 – 54-4-cü” sözləri ilə əvəz edilsin.

16. 442.2.2-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 442.2.3-cü maddə əlavə edilsin:

“442.2.3. cinayət təqibi üzrə qiyabi icraatın açılması barədə vəsatət və təqdimatlara.”.

17. 446-cı maddə üzrə:

17.1. adına, 446.1-ci maddənin birinci abzasına, 446.2.4-cü, 446.2.5-ci və 446.2.7-ci maddələrə “tətbiq edilməsi” sözlərindən sonra “, cinayət təqibi üzrə qiyabi icraatın açılması” sözləri əlavə edilsin;

17.2. aşağıdakı məzmunda 446.1.2-2-ci maddə əlavə edilsin:

“446.1.2-2. cinayət təqibi üzrə qiyabi icraatın açılması üçün müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı;”;

17.3. 446.2.6-cı maddəyə və 446.4-cü maddənin birinci cümləsinə “edilməsinin” sözündən sonra “, cinayət təqibi üzrə qiyabi icraatın açılmasının” sözləri əlavə edilsin;

17.4. 446.3-cü maddəyə “tətbiq edilməsi” sözlərindən sonra “, cinayət təqibi üzrə qiyabi icraatın açılması,” sözləri əlavə edilsin.

18. 447-ci maddə üzrə:

18.1. adına, 447.1-ci və 447.5 – 447.7-ci maddələrə “tətbiq edilməsi” sözlərindən sonra “, cinayət təqibi üzrə qiyabi icraatın açılması” sözləri əlavə edilsin;

18.2. 447.3-cü maddədə “və ya prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi” sözləri “, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya cinayət təqibi üzrə qiyabi icraatın açılması” sözləri ilə əvəz edilsin.

19. 448-ci maddə üzrə:

19.1. adına və 448.1-ci maddənin birinci abzasına “tətbiq edilməsi” sözlərindən sonra “, cinayət təqibi üzrə qiyabi icraatın açılması” sözləri əlavə edilsin;

19.2. 448.1.3-1-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 448.1.3-2-ci maddə əlavə edilsin:

“448.1.3-2. cinayət təqibi üzrə qiyabi icraatın açılması və ya bundan imtina edilməsi barədə.”;

19.3. 448.4-cü maddəyə “tətbiq edilməsinə” sözlərindən sonra “, cinayət təqibi üzrə qiyabi icraatın açılmasına” sözləri əlavə edilsin;

19.4. aşağıdakı məzmunda 448.6-2-ci maddə əlavə edilsin:

“448.6-2. Cinayət təqibi üzrə qiyabi icraatın açılması məsələsi ilə bağlı məhkəmə qərarının surətinin göndərilməsi bu Məcəllənin 467-13.11-ci maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.”;

19.5. 448.8-ci maddəyə “edilməsinə” sözündən sonra “, cinayət təqibi üzrə qiyabi icraatın açılmasına” sözləri, “edilməsinin” sözündən sonra “, cinayət təqibi üzrə qiyabi icraatın açılmasının” sözləri əlavə edilsin.

20. 454-cü maddəyə “tətbiq edilməsi” sözlərindən sonra “, cinayət təqibi üzrə qiyabi icraatın açılması” sözləri əlavə edilsin.

21. 466.6-cı maddənin ikinci cümləsində “226” rəqəmləri “227” rəqəmləri ilə əvəz edilsin.

22. Aşağıdakı məzmunda LIV-II fəsil əlavə edilsin:

“LIV-II fəsil

Cinayət təqibi üzrə qiyabi icraat

Maddə 467-12. Cinayət təqibi üzrə qiyabi icraatın xüsusiyyətləri

467-12.1. Cinayət təqibi üzrə qiyabi icraat bu fəsildə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllədə nəzərdə tutulmuş ümumi qaydalara uyğun olaraq aparılır.

467-12.2. Cinayət təqibi üzrə qiyabi icraat aparıldıqda bu Məcəllənin 91-ci maddəsində nəzərdə tutulmuş hüquqlar cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir.

467-12.3. Məhkəməyədək qiyabi icraat yalnız ibtidai istintaq şəklində aparılır.

467-12.4. Barəsində cinayət təqibi üzrə qiyabi icraat aparılan təqsirləndirilən şəxsə dair cinayət işi ayrıca icraata ayrılır.

467-12.5. Yetkinlik yaşına çatmayan şəxslər barəsində cinayət təqibi üzrə qiyabi icraatın aparılmasına yol verilmir.

Maddə 467-13. Cinayət təqibi üzrə qiyabi icraatın açılması

467-13.1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100–119, 137, 144–145, 178, 179, 182, 193-1, 204, 205, 206, 206-1, 208, 214–219-1, 228, 274–283-1, 308–314-3, 318, 318-1, 319 və 324-cü maddələri, eləcə də həmin maddələrlə yanaşı eyni bir cinayət işi çərçivəsində cinayətlərin məcmusu üzrə həmin Məcəllənin digər maddələri ilə ittiham olunan təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının ərazisindən kənarda istintaqdan və ya məhkəmədən gizləndiyi və ya çağırışa gəlməkdən qəsdən boyun qaçırdığı üçün cinayət prosesində şəxsən iştirakının təmin edilməsi mümkün olmadıqda onun barəsində cinayət təqibi qiyabi icraat qaydasında aparıla bilər.

467-13.2. Təqsirləndirilən şəxsin bu Məcəllənin 54-1 – 54-4-cü maddələrində nəzərdə tutulmuş qaydada cinayət prosesini həyata keçirən orqana çağırılması nəticə vermədikdə, cinayət prosesini həyata keçirən orqandan gizlənən və ya çağırışa gəlməkdən qəsdən boyun qaçıran şəxsə ittiham elan etmək üçün onun tutulması, axtarışı, eləcə də bu Məcəllə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş qaydada verilməsi (ekstradisiyası) üçün tədbirlər görülür.

467-13.3. Cinayət prosesini həyata keçirən orqan təqsirləndirilən şəxsin bu Məcəllənin 54-1 – 54-4-cü maddələrində nəzərdə tutulmuş qaydada çağırılmasını həyata keçirdikdə, eyni zamanda barəsində cinayət təqibinin qiyabi icraat qaydasında keçirilməsi imkanı barədə onu məlumatlandırır, habelə həmin icraatda özünün seçimi əsasında müdafiəçi vasitəsilə təmsil olunmaq hüququndan istifadə etmək istədiyi halda, müdafiəçisi barədə məlumatları cinayət prosesini həyata keçirən orqana göndərməli olduğunu bildirir.

467-13.4. Bu Məcəllənin 467-13.2-ci maddəsində nəzərdə tutulmuş tədbirlər nəticə vermədikdə, cinayət prosesini həyata keçirən orqan təqsirsizlik prezumpsiyasına riayət etməklə, bu Məcəllənin 54-2.1-ci maddəsində nəzərdə tutulmuş məlumatları (çağırış vərəqəsinin verilməli olduğu şəxsin ünvanı istisna olmaqla) ictimai televiziya və radio vasitəsilə yayımlayır və rəsmi internet səhifəsində dərc etdirir.

467-13.5. Təqsirləndirilən şəxs cinayət təqibi üzrə icraatın hər hansı mərhələsində şəxsən iştirak etdikdən sonra istintaq və ya məhkəmədən gizləndikdə, onun bu Məcəllənin 467-13.4-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılması tələb edilmir və həmin şəxs cinayət təqibinin qiyabi icraat qaydasında aparılmasından məlumatlı hesab olunur.

467-13.6. Məhkəməyədək icraat zamanı cinayət təqibi üzrə qiyabi icraatın açılması barədə qərar müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun yuxarı prokurorla razılaşdırılmış təqdimatı əsasında məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən qəbul olunur. Vəsatətə bu Məcəllənin 442 – 454-cü maddələrində müəyyən edilmiş qaydada baxılır.

467-13.7. Təqsirləndirilən şəxsin özünün seçdiyi müdafiəçi barədə məlumat olmadıqda, cinayət təqibi üzrə qiyabi icraatın açılması barədə məsələyə baxılmasında müdafiəçinin iştirakı cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilir. Təqsirləndirilən şəxsə verilməli olan prosessual sənədlərin surətləri müdafiəçiyə təqdim edilir.

467-13.8. Məhkəmənin hazırlıq iclası və ya məhkəmə baxışı zamanı, habelə apellyasiya və kassasiya instansiyası məhkəmələrində cinayət təqibi üzrə qiyabi icraatın açılması barədə məsələ məhkəmənin öz təşəbbüsü ilə və ya ittiham tərəfinin vəsatəti əsasında işə baxan məhkəmənin qərarı ilə həll edilir.

467-13.9. Cinayət təqibi üzrə qiyabi icraatın açılması barədə qərar yalnız təqsirləndirilən şəxs barəsində axtarış elan olunduğu vaxtdan 3 ay keçdikdən sonra qəbul edilə bilər.

467-13.10. Cinayət təqibi üzrə qiyabi icraatın açılması barədə məsələyə baxılarkən məhkəmə tərəfindən aşağıdakı hallar nəzərə alınır:

467-13.10.1. təqsirləndirilən şəxsin bu Məcəllədə nəzərdə tutulmuş qaydada çağırılması, olduğu yerin müəyyən edilməsi və cinayət prosesini həyata keçirən orqanın sərəncamına verilməsi üçün görülən tədbirlər;

467-13.10.2. təqsirləndirilən şəxsin hüquqi yardım almaq və müdafiə hüququnun təmin edilməsi;

467-13.10.3. təqsirləndirilən şəxsin bu Məcəllədə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş qaydada axtarışı və verilməsi (ekstradisiyası) üçün görülmüş tədbirlər.

467-13.11. Cinayət təqibi üzrə qiyabi icraatın açılması məsələsi ilə bağlı məhkəmə qərarının surəti, həmin qərar çıxarıldıqdan sonra 3 gündən gec olmayaraq vəsatəti vermiş şəxsə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, təqsirləndirilən şəxsin müdafiəçisinə və təqsirləndirilən şəxsə (istintaqdan və ya məhkəmədən gizlənməsi müəyyən edildiyi hallar istisna olmaqla) məhkəmə tərəfindən göndərilir.

Maddə 467-14. Məhkəməyədək icraat zamanı cinayət təqibi üzrə qiyabi icraata xitam verilməsi

467-14.1. Müstəntiq tərəfindən ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilənədək təqsirləndirilən şəxs könüllü gəldikdə və ya cinayət prosesini həyata keçirən orqanın sərəncamına verildikdə müstəntiq dərhal cinayət təqibi üzrə qiyabi icraata xitam verilməsi haqqında qərar qəbul edir və bu barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verir. Cinayət işinə ittiham aktı ilə birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən baxılarkən təqsirləndirilən şəxs könüllü gəldikdə və ya cinayət prosesini həyata keçirən orqanın sərəncamına verildikdə prokuror dərhal bu Məcəllənin 290.3.3-1-ci maddəsində nəzərdə tutulmuş qərarı qəbul edir.

467-14.2. Bu Məcəllənin 467-14.1-ci maddəsində nəzərdə tutulmuş qərar çıxarıldığı vaxtdan cinayət təqibi üzrə icraat bu Məcəllə ilə müəyyən edilmiş ümumi qaydada davam etdirilir.

467-14.3. Təqsirləndirilən şəxs könüllü gəldiyi və ya cinayət prosesini həyata keçirən orqanın sərəncamına verildiyi gün müstəntiq təqsirləndirilən şəxsə bu Məcəllənin 91-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrini, o cümlədən bu Məcəllənin 467-14.4-cü maddəsinə uyğun olaraq vəsatət vermək hüququnu izah edir, bu barədə protokol tərtib edir və onu bu Məcəllənin 284 – 286-cı maddələrində nəzərdə tutulmuş qaydada cinayət işinin materialları ilə tanış edir.

467-14.4. Cinayət işinin materialları ilə tanışlıq başa çatdığı vaxtdan 48 saat ərzində təqsirləndirilən şəxs və onun müdafiəçisi təqsirləndirilən şəxsə aid istintaq və digər prosessual hərəkətlərin keçirilməsi barədə vəsatət verə bilər. Vəsatətə bu Məcəllənin 287.2-ci maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə baxılır.

467-14.5. Bu Məcəllənin 467-14.4-cü maddəsində nəzərdə tutulmuş vəsatət əsasında və ya müstəntiqin öz təşəbbüsü ilə cinayət təqibi üzrə qiyabi icraat zamanı aparılmış təqsirləndirilən şəxsə aid istintaq və digər prosessual hərəkətlər təkrar keçirilə, habelə əlavə istintaq və digər prosessual hərəkətlər aparıla bilər.

Maddə 467-15. Məhkəmə icraatı zamanı cinayət təqibi üzrə qiyabi icraata xitam verilməsi

467-15.1. Məhkəmə hökm və ya digər yekun qərar çıxarmaq üçün müşavirə otağına gedənədək təqsirləndirilən şəxs könüllü gəldikdə və ya məhkəmənin sərəncamına verildikdə məhkəmə dərhal cinayət təqibi üzrə qiyabi icraata xitam verilməsi haqqında qərar qəbul edir. Həmin qərar qəbul edildikdən sonra məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi qaydada aparılır.

467-15.2. Cinayət təqibi üzrə qiyabi icraata xitam verilməsi haqqında qərar çıxarıldıqdan sonra məhkəmə təqsirləndirilən şəxsə bu Məcəllənin 91-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrini, o cümlədən bu Məcəllənin 467-15.3-cü maddəsinə uyğun olaraq vəsatət vermək hüququnu izah edir, bunu məhkəmə iclasının protokoluna daxil edir və onun bu Məcəllənin 284 – 286-cı maddələrində nəzərdə tutulmuş qaydada cinayət işinin materialları ilə tanış olmasını təmin edir.

467-15.3. Cinayət işinin materialları ilə tanışlıq başa çatdığı vaxtdan 48 saat ərzində təqsirləndirilən şəxsin, onun müdafiəçisinin və dövlət ittihamçısının məhkəməyə aşağıdakılar barədə vəsatət vermək hüququ vardır:

467-15.3.1. təqsirləndirilən şəxsə aid istintaq və digər prosessual hərəkətlərin keçirilməsi;

467-15.3.2. cinayət işinin baxılmasına xitam verilməsi və onun hazırlıq iclasının keçirilməsi mərhələsinə qaytarılması.

467-15.4. Bu Məcəllənin 467-15.3-cü maddəsində nəzərdə tutulmuş vəsatət əsasında və ya məhkəmənin öz təşəbbüsü ilə cinayət təqibi üzrə qiyabi icraat zamanı aparılmış təqsirləndirilən şəxsə aid istintaq və digər prosessual hərəkətlər təkrar keçirilə, əlavə istintaq və digər prosessual hərəkətlər aparıla, habelə cinayət işinin baxılmasına xitam verilməsi və onun hazırlıq iclasının keçirilməsi mərhələsinə qaytarılması haqqında qərar qəbul edilə bilər.

Maddə 467-16. Qiyabi hökm və ya digər yekun qərarın çıxarılması

467-16.1. Qiyabi hökm və ya digər yekun qərar bu Məcəllə ilə nəzərdə tutulmuş ümumi qaydada çıxarılır və icra edilir.

467-16.2. Barəsində qiyabi hökm və ya digər yekun qərar çıxarılmış şəxs Azərbaycan Respublikasının hüdudlarından kənarda olduqda qiyabi hökmün və ya digər yekun qərarın icra olunması üçün bu Məcəllədə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş tədbirlər görülür.

Maddə 467-17. Qanuni qüvvəyə minmiş qiyabi hökm və ya digər yekun qərarın ləğv edilməsi və yeni məhkəmə baxışının keçirilməsi

467-17.1. Barəsində qiyabi hökm və ya digər yekun qərar çıxarılmış şəxs qiyabi hökm və ya digər yekun qərar qanuni qüvvəyə mindikdən sonra könüllü gəldikdə və ya cəzanı icra edən orqanın sərəncamına verildikdə cəzanı icra edən orqan dərhal qiyabi hökm və ya digər yekun qərarı çıxarmış məhkəməyə qiyabi hökm və ya digər yekun qərarın ləğv edilməsi və yeni məhkəmə baxışının keçirilməsi barədə məsələlərə baxılması üçün təqdimat verir.

467-17.2. Təqdimatın daxil olduğu vaxtdan 10 gün müddətində məhkəmə hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası qaydasında iclas təyin edir. Məhkəmənin iclasında barəsində qiyabi hökm və ya digər yekun qərar çıxarılmış şəxs, müdafiəçi və prokurorun iştirakı məcburidir.

467-17.3. Məhkəmə barəsində qiyabi hökm və ya digər yekun qərar çıxarılmış şəxsə qiyabi hökm və ya digər yekun qərarın ləğv edilməsi və yeni məhkəmə baxışının keçirilməsi barədə ərizə vermək hüququnu izah edir, bunu məhkəmə iclasının protokoluna daxil edir, barəsində qiyabi hökm və ya digər yekun qərar çıxarılmış şəxsə və onun müdafiəçisinə 10 gün müddətində cinayət işinin materialları ilə tanış olmaq üçün şərait yaradır. Cinayət işinin həcminin böyüklüyü ilə əlaqədar barəsində qiyabi hökm və ya digər yekun qərar çıxarılmış şəxsin və ya onun müdafiəçisinin vəsatəti əsasında həmin müddət 30 günədək uzadılır.

467-17.4. Cinayət işinin materialları ilə tanışlıq başa çatdığı vaxtdan 48 saat ərzində barəsində qiyabi hökm və ya digər yekun qərar çıxarılmış şəxs və ya onun müdafiəçisi qiyabi hökm və ya digər yekun qərarın ləğv edilməsi və yeni məhkəmə baxışının keçirilməsi barədə ərizə verməzsə, hakim qiyabi hökmün və ya digər yekun qərarın icrası barədə göstəriş verir və qiyabi hökm və ya digər yekun qərar ümumi qaydada icra olunur.

467-17.5. Barəsində qiyabi hökm və ya digər yekun qərar çıxarılmış şəxs və ya onun müdafiəçisi qiyabi hökm və ya digər yekun qərarın ləğv edilməsi və yeni məhkəmə baxışının keçirilməsi barədə ərizə verdikdə, həmin qiyabi hökm və ya digər yekun qərarın ləğv edilməsi barədə qərar qəbul edilir və yeni məhkəmə baxışının keçirilməsi məqsədilə bu Məcəllənin 298 – 307-ci maddələrində nəzərdə tutulmuş tədbirlər görülür.”.

23. Aşağıdakı məzmunda 519.4-cü maddə əlavə edilsin:

“519.4. Qiyabi hökm və ya digər yekun qərar qanuni qüvvəyə mindikdən sonra barəsində qiyabi hökm və ya digər yekun qərar çıxarılmış şəxs könüllü gəldikdə və ya cəzanı icra edən orqanın sərəncamına verildikdə qiyabi hökm və ya digər yekun qərar çıxarmış məhkəmə cəzanı icra edən orqanın təqdimatı əsasında qiyabi hökm və ya digər yekun qərarın ləğv edilməsi və yeni məhkəmə baxışının keçirilməsi məsələsinə baxır.”.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 22 dekabr 2023-cü il.