Azərbaycan və Ukrayna parlamentləri arasında əlaqələrlə bağlı fikir mübadiləsi aparılıb
Siyasət

Azərbaycan və Ukrayna parlamentləri arasında əlaqələrlə bağlı fikir mübadiləsi aparılıb

Mayın 17- Milli Məclisin sədri Sahibə Qafarova Ukrayna Ali Radasının sədr müavini Olena Kondratiukla ilə görüşüb.

Parlamentin Mətbuat ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, S.Qafarova ölkələrimiz xalqlarımız arasında münasibətlərin tarixinin çox dərin olduğunu deyib. Vurğulanıb ki, xalqlarımız uzun illər dostluq şəraitində yaşayıb bu gün bu münasibətlər davam edir. Azərbaycan dost ölkələrlə, o cümlədən Ukrayna ilə əlaqələrin inkişafına həmişə böyük diqqət yetirib. Hazırda ölkələrimiz arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir.

Görüşdə ölkələrimizin qanunverici orqanları arasında da münasibətlərin yüksək səviyyədə olduğu diqqətə çatdırılıb. Vurğulanıb ki, Azərbaycan Ukrayna həm ikitərəfli formatda, həm beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edir. Azərbaycanla Ukrayna arasında parlamentlərarası dostluq qrupları fəaliyyət göstərir.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.