AZƏRBAYCANÇILIQ İDEOLOGİYASININ BANİSİ
Siyasət

AZƏRBAYCANÇILIQ İDEOLOGİYASININ BANİSİ

Azərbaycan xalqı çox qədim zəngin tarixə malikdir. Çoxəsrlik tariximizdə xalqımız bir çox sınaqlardan çıxmış, dünya sivilizasiyasına dəyərli töhfələr bəxş etmişdir. Azad, müstəqil yaşamaq bütün dövrlərdə xalqımızın ümdə arzusu, məqsədi olmuşdur.

XX əsrin əvvəllərində Şərqdə ilk demokratik cümhuriyyət olan Azərbaycan Demokratik Respublikası cəmi 23 ay yaşamasına baxmayaraq, milli dövlətçilik tariximizdə olduqca mühüm yer tutur.

1991-ci ildə SSRİ-nin süqutundan sonra Azərbaycan müstəqilliyini bərpa etmiş tarixin sərt sınaqları ilə üz-üzə qalmışdır. O vaxt hakimiyyətdə olan naşı, təcrübəsiz şəxslərin səhvləri üzündən ölkəni xaos, anarxiya, dərin böhran bürümüşdü. Azərbaycan siyasi-ideoloji təxribatların poliqonuna çevrilmiş, xarici daxili düşmənlər tərəfindən etnik separatçılıq, regionçuluq meyilləri güclənmiş, ölkə vətəndaş müharibəsi həddinə gətirilmişdi. Dövlətin dövlətçiliyin təməl prinsipləri kökündən sarsılmış, gənc, müstəqil respublikamızın başı üstünü suverenliyini, milli dövlətçiliyini itirmək qorxusu almışdı.

Dünyaşöhrətli görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin 1993- ilin iyun ayında xalqın təkidli xahişi ilə siyasi hakimiyyətə qayıdışı Azərbaycanı fəlakətlərdən, məhvolma təhlükəsindən xilas etdi. Qısa vaxtda ölkədə hökm sürən dərin siyasi, iqtisadi, hərbi, mənəvi böhranın qarşısı alındı. Bütün sahələrdə inkişafa, tərəqqiyə yönəlmiş ardıcıl, məqsədyönlü islahatlar aparıldı, müstəqil Azərbaycanda yeni inkişaf mərhələsinin əsası qoyuldu. Heydər Əliyev xalqımızın əsrlər boyu həsrətini çəkdiyi müstəqil dövlətçilik arzusunu tam reallaşdırdı.

Təsadüfi deyildir ki, siyasi leksikonumuza daxil olmuş "Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qurucusu memarıdır", "Heydər Əliyev Azərbaycan dövlətçiliyi" ifadələrini tez-tez qürurla, fəxarətlə işlədirik.

Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, sarsılmaz siyasi iradəsi, titanik fəaliyyəti sayəsində Azərbaycan ictimai-siyasi, iqtisadi, milli-mənəvi, mədəni, sosial digər sahələrdə dinamik inkişafa, tərəqqiyə nail olmuşdur. Ulu öndər ölkəmizdə yaşayan bütün xalqlara, milli azlıqlara xüsusi qayğı ilə yanaşır, etnik əlvanlığı dövlətimizin tarixi-siyasi nailiyyəti hesab edirdi. Azərbaycan dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq burada yaşayan bütün millət xalqların Vətənidir, - deyirdi.

Heydər Əliyevin misilsiz xidmətləri, yenilməz vətənpərvərliyi, milli-mənəvi dəyərlərimizə sonsuz bağlılığı onu xalqımızın idealına, müstəqil Azərbaycanın rəmzinə çevirmişdir. Böyük öndər dünya azərbaycanlılarını ümummilli ideya, vahid məqsəd ətrafında birləşdirməklə müstəqil Azərbaycanın milli ideologiyasının əsasını qoymuşdur. Ümummilli lider bu barədə demişdir: "Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır. Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra  azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm bütün dünyada yaşayan soydaşlarımız üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşmişik. Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək hər bir insanın inkişafının təmin olunması deməkdir".

Əbədiyaşar liderimiz fəaliyyətinin bütün dövrlərində azərbaycançılıq prinsipini rəhbər tutmuşdur. Ulu öndər hələ sovetlər dönəmində xalqımızın milli mənlik hissinin yüksəldilməsində, milli özünədərkin formalaşmasında, azərbaycançılığın inkişafında müstəsna xidmətlər göstərmişdir. Sovet rejiminin sərt qadağalarına, Moskvanın müqavimətinə baxmayaraq, Heydər Əliyev 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması barədə xüsusi maddənin (73- maddə) salınmasına nail olmuşdur. Bunun o vaxt demək olduğunu yaşlı nəslin nümayəndələri yaxşı bilirlər.

Ulu öndər 1995-ci ildə müsahibələrinin birində demişdir: "Milli mənliyim məni həmişə bütün çətin vəziyyətdən çıxarıb. Milli mənliyimə görə mən istədiyim yolla gedə bilmişəm, istədiyimə nail ola bilmişəm xalqıma xidmət edə bilmişəm. Ona görə milli mənliyimizi gərək itirməyək".

Həyat elə gətirdi ki, 1995-ci ildə qəbul edilmiş ümummilli liderin müəllifi olduğu ilk Milli Konstitusiyamızın 21-ci maddəsində Azərbaycan dili dövlət dili kimi yenidən təsdiqləndi. Ana dilimizin dövlət dili olaraq işlədilməsi təkmilləşdirilməsi ilə bağlı ulu öndər xüsusi Fərman imzaladı, "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanun qəbul edildi.

Ana dilimizin zənginliyini, xalqımızın fədakarlığını, qəhrəmanlığını yüksək dəyərləndirən ümummilli lider fəxarət hissi ilə deyirdi: "Mən həmişə fəxr etmişəm, bu gün fəxr edirəm ki, mən azərbaycanlıyam".

Böyük öndərin təşəbbüsü ilə 2001-ci ilin noyabr ayında ilk dəfə Bakı şəhərində Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Dünyanın dörd tərəfinə səpələnmiş azərbaycanlılar Vətəndə bir araya gəldilər. Əsas məqsəd soydaşlarımız arasında sıx əlaqə yaratmaq, xaricdəki Azərbaycan icmalarının fəaliyyətlərini yenidən qurmaq, milli mənsubiyyətimizi, tarixi köklərimizi, milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi qoruyub saxlamaq, inkişaf etdirmək idi. Ulu öndər qurultayda proqram xarakterli tarixi nitqində demişdir: "Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq".

Qurultaydan sonra dünyanın müxtəlif ölkələrində Azərbaycan icmaları mütəşəkkil diaspor kimi formalaşmağa başladı. Soydaşlarımızın tarixi Vətənlə əlaqələri gücləndi. Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında diaspor təşkilatlarının fəallığı yüksəldi. Bu gün dünya azərbaycanlılarının nümayiş etdirdiyi milli birlik, həmrəylik ulu öndərin azərbaycançılıq ideyasının bəhrələridir.

Dahi rəhbərin əsasını qoyduğu inkişaf strategiyası, azərbaycançılıq ideologiyası dövlətimizin başçısı İlham Əliyev tərəfindən layiqincə ardıcıl surətdə davam etdirilir. Möhtərəm Prezidentimizin rəhbərliyi ilə azərbaycançılıq ideologiyasının uğurla həyata keçirilməsi nəticəsində dövlətçiliyimiz möhkəmlənir, Azərbaycan güclü, sivil, qüdrətli dövlətə çevrilib. 44 günlük Vətən müharibəsində qazandığımız şanlı qələbə, möhtəşəm zəfər azərbaycançılıq ideologiyasının uğurla həyata keçirilməsinin bariz nümunəsidir.

Ümummilli liderin banisi olduğu azərbaycançılıq məfkurəsi ölkəmizin hər bir vətəndaşı üçün Vətən sevgisinin, Vətənə övladlıq borcunun, Vətən naminə işgüzar fəaliyyətin mükəmməl proqramıdır. Bu müqəddəs amal uğrunda çalışmaq hər birimizin başlıca vəzifəsi, müqəddəs borcu olmalıdır.   

Aydın AĞAYEV,

Yardımlı Rayon Statistika İdarəsinin rəisi.