Azərbaycanda Özbəkistan mədəniyyət günləri başladı
Türk dünyası

Azərbaycanda Özbəkistan mədəniyyət günləri başladı

Avqustun 1-də Azərbaycanda Özbəkistan mədəniyyəti günləri start götürüb.

"Respublika" xəbər verir ki, Özbəkistan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən mədəniyyət günləri çərçivəsində tanınmış özbək sənətçilərinin iştirakı ilə böyük konsert proqramı, eyni zamanda teatr tamaşalarının nümayişi, kitab sərgisinin keçirilməsi və digər tədbirlər nəzərdə tutulub.

Mədəniyyət günlərində məşhur sənətçilərdən Özbəkistanın Xalq artistləri Fərrux Zakirov, Nəsibə Abdullayeva, Haşimjon İsmaylov, Zulayxo Boyxanova, Gulsanam Mamazoitova, Jenisbek Piyazov, Samandar Alimov və başqaları azərbaycanlı sənətsevərlərin qarşısında çıxış edəcək.

Mədəniyyət günləri avqustun 4-də başa çatacaq.