Azərbaycanda yanacaq satışından əldə olunan gəlirlər artıb
İQTİSADİYYAT

Azərbaycanda yanacaq satışından əldə olunan gəlirlər artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 1 milyard 471,3 milyon manat xərclənib.

Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən "Respublika" bildirir ki,, 2022-ci ilin müvafiq ayları ilə müqayisədə istehlakçılara avtomobil benzini və dizel yanacağı satışından əldə edilən gəlir 8,1 faiz artıb.

2023-cü ilin birinci yarısında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 5,6 faizi avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.