“Neftçi”nin futbolçusu KONKAKAF Millətlər Liqasının oyunlarına çağırılıb
İdman

“Neftçi”nin futbolçusu KONKAKAF Millətlər Liqasının oyunlarına çağırılıb

“Neftçi”nin futbolçusu Kilan Lebon Sint-Marten millisinə dəvət olunub.

Klubdan “Respublika”ya verilən məlumata görə, 26 yaşlı yarımmüdafiəçi KONKAKAF Millətlər Liqasının oyunlarına çağırılıb.

Qarşılaşmalar sentyabrın 4-dən 12-dək, oktyabrın 9-dan 17-dək, noyabrın 13-dən 21-dək keçiriləcək.

Qeyd edək ki, bu ilin yanvarında transfer olunan Kilan Lebon “Neftçi”nin heyətində 26 rəsmi oyunda meydana çıxıb, 5 qol vurub.