Azərbaycanın inkişaf tarixinin parlaq dövrü
Siyasət

Azərbaycanın inkişaf tarixinin parlaq dövrü

Ulu öndər Heydər Əliyevin 1969-cu ildə respublikaya rəhbər seçilməsi tarixi hadisə idi

Azərbaycan Dövlət Universitetinin (indiki BDU) dördüncü kursunda oxuyurdum. Hərbi dərsləri başa vurub, Gəncə şəhərində "Yevlax yolu" deyilən hərbi hissədə üç aylıq təlim kurslarında iştirak edirdik. Heydər Əliyevin 1969-cu il 14 iyul plenumunda Azərbaycan KP MK-nın Büro üzvü Birinci katibi seçilməsi xəbərini radioda eşidəndə yoldaşlarımın arasında bir canlanma əmələ gəldi. Hər kəsi bir sual düşündürürdü: Görəsən, respublikanın bundan sonrakı taleyi necə olacaq?

Uzaqgörən, müdrik ölkə başçısı 34 il ərzində öz zəngin təcrübəsi, yüksək intellekti, Azərbaycanın milli mədəniyyətinə mənəviyyatına dərindən bələd olması sayəsində milli quruculuq siyasəti konsepsiyasını işləyib hazırlamış, onu dönmədən həyata keçirmişdir. Dahi rəhbər Azərbaycanı iqtisadi, mədəni intellektual cəhətdən dirçəltmək, qədim xalqını öz torpaqlarının tarixi irsinin həqiqi sahibinə çevirmək yolunda mübarizəni ardıcıl şəkildə davam etdirmişdir. Ötən illər Azərbaycan iqtisadiyyatının, xalq təsərrüfatının, mənəviyyatının, ümumiyyətlə, elm, təhsil, səhiyyə mədəniyyətinin sürətli inkişaf dövrü kimi yadda qalmışdır. Həmişə xalqın dili, ədəbiyyatı, mədəniyyəti incəsənəti haqqında dəyərli fikirlər söyləyən, əməli tədbirlər həyata keçirən Heydər Əliyev Azərbaycan tarixi onun problemləri ilə daim maraqlanmış, bu mühüm sahənin öyrənilməsi, tədqiqi təbliği məsələlərini ön plana çəkmişdir. Ötən əsrin 70-ci illərindən Azərbaycanda sağlam milliyyətçilik ideologiyasının yayılması, yeni elmi konsepsiyaların formalaşması, gərgin axtarışların aparılması bu dahi şəxsiyyətin bilavasitə rəhbərliyi ilə həyata keçirilmişdir. Heydər Əliyev Azərbaycanın ən çətin vaxtında rəhbərliyə irəli çəkilmiş respublikanı nəinki iqtisadi gerilikdən çıxara bilmiş, habelə qısa vaxtda onun sürətli tərəqqisinə nail olmuşdur.

Mərkəzi Komitənin 1969-cu il avqust plenumunda Heydər Əliyev etdiyi çıxışında o zaman respublikanın sosial-iqtisadi vəziyyətinin necə ağır bir tənəzzüldə olduğunu açıq şəkildə bəyan etmişdi. Böyük şəxsiyyətin gücü onda idi ki, həmin dövrdə bu vəziyyəti düzgün qiymətləndirə bilmiş, obyektiv inkişaf qanunauyğunluqlarına əsaslanmış, milli xüsusiyyətləri nəzərə almış, cəmiyyətin sağlam qüvvələrinə arxalanaraq qətiyyətlə fəaliyyətə başlamışdı.

Heydər Əliyev idarəçiliyi dövründə Azərbaycanda nəhəng inşaat-tikinti işləri aparılmış, müasir sənayenin böyük tikintilərindən olan məişət kondisionerləri zavodu, ayaqqabı fabriki, "Azərelektroterm" onlarla iri müəssisələr inşa edilmiş, Gəncə, Naxçıvan, Sumqayıt, Şirvan (Əli Bayramlı), Mingəçevir, Lənkəran, Şəki, Xaçmaz s. şəhərlərdə 200-dən çox sənaye kənd təsərrüfatı obyektləri tikilib istifadəyə verilmişdir. Azərbaycan pambıqçılıqda, çayçılıqda, tütünçülükdə, üzümçülükdə başqa sahələrdə öncül yerlərə çıxmışdı.

XX əsrin 70-80-ci illərində elm təhsilin inkişafına qayğının artırılması respublika hökumətinin diqqət mərkəzində duran ən ümdə vəzifələrdən biri idi. Heydər Əliyev özünəməxsus müdriklik uzaqgörənliklə aydın dərk edirdi ki, elmi, təhsili inkişaf etməyən millətin ümumi tərəqqisini təmin etmək mümkün deyil. Ona görə bu müdrik şəxsiyyətin respublika rəhbərliyinə gəlməsi ilə həmin sahələrin inkişafı dövlətin fəaliyyətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirildi.

Həmin illərdə tədrisin keyfiyyətinə ictimai nəzarət gücləndirildi. Hamının yaxşı yadındadır ki, ötən əsrin 60- illərində Azərbaycan ali məktəblərində, xüsusilə tələbə qəbulu ilə əlaqədar yaranmış qeyri-sağlam meyillər ölkənin gələcəyi, milli intellektual potensialın inkişafı üçün təhlükələr yaradırdı. Ona görə xalqın intellekt səviyyəsini yüksəltməyə çalışan Heydər Əliyevin təşəbbüsü bilavasitə yaxından iştirakı ilə ali məktəblərə qəbul ümumrespublika səviyyəli mühüm tədbir xarakteri aldı. XX əsrin 70-ci illərində ilk dəfə olaraq SSRİ-nin yüksək səviyyəli elmi müəssisələrinə təhsil almaq üçün ildə min nəfərə qədər gənc oğlan qız göndərildi. Bu, əslində yeni bir ali məktəb demək idi. Gənclərin Azərbaycandan kənarda təhsil almağa göndərilməsinin əhəmiyyətini o zaman bu işlərin təşəbbüskarı rəhbəri olan Heydər Əliyev belə açıqlayırdı: "Biz 1970-ci ildən başlayaraq Azərbaycandan gənclərin keçmiş Sovetlər İttifaqının ən böyük universitetlərinə, ali məktəblərinə oxumağa göndərilməsinə nail olduq. Onların sayı hər il artırdı. Bunun böyük əhəmiyyəti var idi. İndi biz bunun müsbət nəticələrini görürük... Bunun əhəmiyyəti ondan ibarət idi ki, o vaxtlar respublikamızdan kənarda təhsil alan gənclər Sovet İttifaqı tərkibində ən yüksək təhsil verən, təcrübəyə malik olan universitetlərdə oxuyurdular. Bu, bir həqiqətdir. Bu həqiqəti isə inkar etmək olmaz. Bütün bunların hamısı o vaxtlar Azərbaycanın gələcəyi üçün yeni-yeni mütəxəssislər hazırlamaq məqsədi daşımışdır".

Artıq 1981-ci ildə Moskvanın, Sankt-Peterburqun, Ukraynanın, Belarusun qabaqcıl ali məktəblərində 244 ixtisas üzrə 3600 azərbaycanlı gənc təhsil alırdı. 1982-ci ildə SSRİ-nin rəssamlıq incəsənət akademiyalarında universitetlərində 85 nəfər azərbaycanlı tələbə 18 ixtisas üzrə təhsilini davam etdirirdi.

XX əsrin 70-ci illərində Azərbaycan təhsilinin inkişaf tarixinin ən yaddaqalan səhifələrindən biri milli hərbi təhsil sisteminin yaradılması hesab edilir. Vaxtilə imperiyanın müsəlman Şərq xalqlarına qarşı yönəldilmiş ayrı-seçkilik siyasəti azərbaycanlıların milli hərbi kadrlarının hazırlanması qarşısında da ciddi maneələr yaratmışdı. Azərbaycanın gələcək perspektivini uzaqgörənliklə düşünən Heydər Əliyev respublikaya rəhbərlik etdiyi illərdə milli hərbi kadrların hazırlanması üçün cəsarətli addımlar atdı. Bakıda müxtəlif pillələrdə hərbi təhsil verən məktəblərin yaradılmasına nail oldu. Heydər Əliyev C.Naxçıvanski adına hərbi liseyin 30 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə bu barədə demişdir: "Siz bilirsiniz ki, mən keçmişdə uzun müddət dövlət təhlükəsizliyi orqanlarında fəaliyyət göstərmişəm. Dövlət təhlükəsizliyi orqanlarında işləyəndə bütün Azərbaycanda, habelə SSRİ- olan hərbi hissələrlə çox yaxşı tanış idim. Ancaq hər dəfə məni narahat edən o idi ki, azərbaycanlılardan zabit vəzifəsində adam yoxdur.

Biz təxminən 60 min gənci ordu sıralarına göndərirdik. Ancaq onların tam əksəriyyəti inşaat batalyonlarına düşürdü... Mən fikirləşdim ki, əgər bunlar əsgər kimi orduda öz yerini tuta bilmirlərsə, onda zabitə demək olar. Ümumiyyətlə, SSRİ hökumətinin, Kommunist Partiyasının elan olunmamış bir qərarı var idi ki, ali hərbi məktəblərə əsasən ruslar, ukraynalılar, beloruslar qəbul oluna bilərlər. Qalan millətlərdən gənclərin hərbi məktəblərə qəbul edilməsini çox nadir hadisə kimi qəbul etmək olardı. Bunları görəndə, bu barədə fikirləşəndə düşünürdüm, yaxşı, biz Sovetlər İttifaqının bərabərhüquqlu müttəfiq respublikalarıyıq, böyük səlahiyyətlərimiz var. Biz üçün ordudan təcrid olunuruq? Demək, əlavə tədbirlər görmək lazım idi... Ona görə mən 1969-cu ildə Azərbaycana rəhbər seçiləndən sonra 1971-ci ildə bununla məşğul oldum... Beləliklə, məktəbi yaratdıq, böyütdük".

1971-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə C.Naxçıvanski adına hərbi liseyin əsası qoyuldu, 1973- ildə məktəbə respublika statusu verildi. 1976, 1978 1981-ci illərdə məktəbin fəaliyyətinin yaxşılaşdırılması, onun maddi-texniki bazasının möhkəmləndirilməsi üçün əlavə tədbirlər həyata keçirildi. Ali Ümumqoşun Komandirləri Ali Hərbi Dənizçilik məktəblərinin rəhbərliyi milli hərbi kadrlarla dəyişdirildi. İndi Milli Ordumuzda qulluq edən hərbi kadrların böyük əksəriyyətini həmin məktəblərin məzunları təşkil edir biz etiraf etməliyik ki, müstəqil dövlət quruculuğunun mühüm şərtlərindən biri hesab edilən milli nizami ordumuzun yaradılmasında ötən əsrin 70-ci illərində əsası qoyulmuş bu hərbi təhsil məktəblərinin rolu çox böyükdür.

Tarixi təcrübə göstərir ki, hər bir cəmiyyətin elmi-texniki, iqtisadi, sosial mənəvi inkişafının əsasını fundamental elmi tədqiqatlar təşkil edir. Ona görə 1970-1980-ci illərdə ölkə rəhbərinin göstərişi ilə fizika, riyaziyyat, astronomiya, neft-kimya, neft emalı, geologiya, coğrafiya, biologiya, humanitar ictimai elmlər üzrə fundamental araşdırmalar onların tətbiqi sahəsində böyük işlər həyata keçirilməyə başladı. Fundamental tədqiqatlara görə, həmin illərdə üç minə yaxın elmi, elmi-texniki xalq təsərrüfatı əhəmiyyətli nəticələr əldə edildi.

XX əsrin 70-80-ci illərində Elmlər Akademiyasının bir çox mühüm obyektləri tikilib istifadəyə verilmişdir.

Heydər Əliyev 1969-1982-ci illərdə hakimiyyətdə olduğu dövrdə fəaliyyətinin ilk günündən gələcək müstəqil Azərbaycanın iqtisadi, sosial elmi-texniki potensialının möhkəmləndirilməsini böyük uzaqgörənliklə həyata keçirirdi. Məhz bunun nəticəsidir ki, SSRİ dağıldıqdan sonra iqtisadi əlaqələrin birdən-birə kəsildiyi bir şəraitdə Azərbaycan yaşadı uğurla dünya iqtisadiyyatına inteqrasiya etdi. Həmin illər Azərbaycanın yüksəliş tərəqqi dövrüdür.

Ötən dövrə tarixi baxış bir daha göstərir ki, Heydər Əliyev siyasi hakimiyyətdən uzaqlaşdırıldığı illərdə ölkənin bütün sahələrində tənəzzül başlamışdı. 1987-ci ildən Azərbaycanda elm təhsil sahəsində durğunluq meyilləri kök salırdı. Ötən əsrin 70-ci illərində əsası qoyulmuş sürətli tərəqqi zəifləyir, mütərəqqi ənənələr unudulurdu. Ən əsası isə elmə, təhsilə qayğı yaddan çıxır, onun cəmiyyətdə aparıcı rolu lazımınca öz qiymətini ala bilmirdi. Tənəzzülün qarşısını almaq üçün isə heç bir təsirli tədbir görülmürdü. Lakin tale bizə öz milli dəyərlərimizi yaşatmaq inkişaf etdirmək üçün yenidən imkan verdi. 1993- il iyunun 15- Heydər Əliyev xalqın çağırışına səs verib ölkəyə yenidən rəhbərliyə qayıtdı. Ölkədə yaratdığı əmin-amanlıq, sosial sabitlik, daxili xarici siyasətdə uğurlar hamıda böyük ümid yaratdı. Heydər Əliyev öz nəhəng siyasi fəaliyyəti ilə xalqımızın müstəqilliyini reallığa çevirdi. Dahi rəhbərin müdrikliyi sayəsində Azərbaycanın blokadası yarıldı. Dünya ictimaiyyətinin rəyini, qlobal siyasətin yönümünü Azərbaycana tərəf çevirdi, XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olmuş Ermənistan-Azərbaycan münaqişəsində atəşkəsə nail oldu.

Müstəqillik illərində dünya azərbaycanlıları arasında əlaqələr güclənmiş, onların birliyi, həmrəyliyi dövlət siyasəti səviyyəsinə qaldırılmışdır. Gec olsa artıq dünyada Azərbaycanın diasporu yaranır. Bu gün ölkəmiz dünya birliyinin ayrılmaz tərkib hissəsinə çevrilir. Dövlətimiz qısa müddətdə BMT-nin, Avropada Təhlükəsizlik Əməkdaşlıq Təşkilatının, MDB-nin, Türk Dövlətləri Birliyinin, İslam Konfransı Təşkilatının, Avropa Şurasının, Qara Dəniz Ölkələri İqtisadi Əməkdaşlıq Təşkilatının, Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun üzvü olmuş, Avropa Birliyi, Avropa Parlamenti, NATO Parlamentlərarası İttifaqı başqa nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələr qurmuşdur. Bütün bunların hamısı Heydər Əliyevin titanik gücünün məhsuludur.

Müstəqil dövlət quruculuğunda, sosial-iqtisadi mənəvi inkişafda elm ölkənin mühüm hərəkətverici qüvvəsidir. 2001-ci ildə möhtərəm Heydər Əliyevin fərmanı ilə AMEA-nın statusu müəyyən edilmiş, bununla da, akademik elmin ölkənin inkişafının əsas təminatçısı olduğu bir daha təsdiqlənmişdir. 2002-ci ildə AMEA-nın Naxçıvan bölməsi təsis edilmiş, 2003- ilin yanvarında möhtərəm prezidentin fərmanı ilə AMEA-nın nizamnaməsi təsdiq olunmuşdur. Bakı Dövlət Universitetinə, Azərbaycan Neft Akademiyasına, Azərbaycan Dövlət Kənd Təsərrüfatı Akademiyasına, Azərbaycan Tibb Universitetinə s. özünüidarə hüququ verilmiş, 16 özəl institut yaradılmışdır. Dünya birliyinə inteqrasiya üçün yeni Bolonya təhsil sisteminə keçilmişdir. Bütün bunlar ölkə rəhbərinin ardıcıl məqsədyönlü siyasəti, respublikada yaranmış ictimai-siyasi sabitlik sosial-iqtisadi dirçəlişin nəticəsində reallaşdırılır.

Respublikamız hazırda sürətlə dünya birliyinə inteqrasiya olunur. İqtisadi islahatların dönmədən davam etdirilməsi, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, istifadəyə verilməsi, İpək yolunun bərpası, respublikamıza qoyulan investisiya axınlarının sürətləndirilməsi, işgaldan azad olunmuş Qarabağ ərazilərində gedən nəhəng quruculuq işləri dövlət müstəqilliyimizin əbədiliyinə xalqımızın rifahının yüksəlməsinə xidmət edir. Cənub Qaz Dəhlizi-Cənubi Qafqaz qaz boru kəməri (Bakı-Tbilisi-Ərzurum) TANAP, TAP müvəffəqiyyətlə istismara verilərək, təbii qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən Adriatik dənizinin dibindən keçməklə 3500 kilometrdən artıq uzanan boru kəmərləri vasitəsilə İtaliyaya qədər çatdırılır. Bu da Avropa dövlətləri ilə Azərbaycan arasında strateji münasibətlərin daha da möhkəmlənməsinə kömək edir.

Ulu öndər Heydər Əliyevin davamçısı Prezident, Ali Baş Komandan İlham Əliyevin elm, təhsil, səhiyyə, mədəniyyət, incəsənət s. sahələrə aid verdiyi fərman sərəncamlar mühüm əhəmiyyət kəsb edir. Ölkədə elmin, təhsilin inkişafını stimullaşdırmaq, bu sahədə çalışan işçilərə dövlət qayğısını artırmaq onların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə, alimlərin, müəllimlərin, həkimlərin, incəsənət mədəniyyət işçilərinin əməkhaqlarının artırılması barədə imzalanan sərəncamlar hamı tərəfindən böyük razılıqla qarşılanır.

Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanı yaşadan, inkişaf etdirən, çiçəkləndirən onun davamçısı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında daha sıx birləşməliyik. Əgər Heydər Əliyev millətin atası, Azərbaycan xalqının ümummilli lideridirsə, İlham Əliyev bizim ümidimiz, bugünümüz gələcəyimizdir.

O böyük insanın xatirəsini əbədiləşdirmək Azərbaycan xalqının mənəvi borcudur. Onun fəaliyyəti həmişə hərtərəfli öyrənilməklə, tariximizin yaddaşına həkk olunmalı gələcək nəsillərə çatdırılmalıdır. qədər ki, Azərbaycan var, Heydər Əliyev xalqın qəlbində əbədi yaşayacaqdır.

İsmayıl ƏLİYEV,

Bakı Dövlət Universitetinin

kafedra müdiri, professor.