Bakı bulvarının uzadılması planlaşdırılır
Ekologiya

Bakı bulvarının uzadılması planlaşdırılır

Bakı şəhərinin yaşıllıqları xeyli artırılacaq. Həmçinin Bakı bulvarının uzadılması planlaşdırılır.

"Respublika" xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev məlumat verib.

Nazir qeyd edib ki, Bakı bulvarının uzunluğu 2040-cı ilə qədər, yüksək keyfiyyətli ictimai yaşıllaşdırma ilə 25 kilometrdən çox olacaq.

Yaşayış məntəqələrinin layihələndirilməsi zamanı yaşıllıq faizi ayrılmış ərazinin minimum 40 faizini, mövcud yaşayış yerləri yenidən qurularkən minimum 25 faizini təşkil etməlidir:

“Bunun təmin edilməsi mümkün olmadıqda, həmsərhəd və ya yaxın sahələrdə nəzərdə tutulmuş digər layihələr hesabına ümumi yaşıllıq balansı təmin edilməlidir”.