Bakıda Gömrük Orqanlarının və Liman Nəzarət Məntəqələrinin Regionlararası Şəbəkəsinin səkkizinci iclası keçirilir
Digər xəbərlər

Bakıda Gömrük Orqanlarının və Liman Nəzarət Məntəqələrinin Regionlararası Şəbəkəsinin səkkizinci iclası keçirilir

Mayın 23- BMT-nin Narkotiklər Cinayətkarlıq İdarəsi Ümumdünya Gömrük Təşkilatının (ÜGT) birgə həyata keçirdiyi "Qlobal Konteynerlərə Nəzarət Proqram"ının Gömrük Orqanlarının Liman Nəzarət Məntəqələrinin Regionlararası Şəbəkəsinin səkkizinci iclası işə başlayıb.

AZƏRTAC xəbər verir ki, iclasın məqsədi "Qlobal Konteynerlərə Nəzarət Proqram"ının Gömrük Orqanlarının Liman Nəzarət Məntəqələrinin Regionlararası Şəbəkəsi çərçivəsində cari fəaliyyətin nəzərdən keçirilməsi, praktiki əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə prioritetlərin ehtiyacların müzakirə olunmasıdır.

İclasda Azərbaycan, Türkiyə, Pakistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Ukrayna, Özbəkistan gömrük xidmətlərinin, BMT, ÜGT ölkəmizdə fəaliyyət göstərən səfirliklərin, aidiyyəti beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.

Tədbirin açılış mərasimində çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazilərimizin işğaldan azad edilməsinin beynəlxalq ticarətin tranzitin, region ölkələrinin inkişafı, nəqliyyat dəhlizlərinin şaxələndirilməsi, gömrük sahəsində hüquqpozmalara, xüsusilə narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınmasına qarşı mübarizədə mühüm imkanlar yaratdığını diqqətə çatdırıb.

Azərbaycan gömrük xidməti tərəfindən "Qlobal Konteynerlərə Nəzarət Proqram"ı çərçivəsində regional əməkdaşlığın, məlumat təcrübə mübadiləsinin gücləndirilməsi, kinoloji sahədə digər dövlətlərə göstərilən dəstək, nakotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində atılan addımlar barədə məlumat verilib.

BMT-nin Narkotiklər Cinayətkarlıq üzrə İdarəsinin Mərkəzi Asiya üzrə regional təmsilçisi Aşita Mittal "Qlobal Konteynerlərə Nəzarət Proqram"ının əhəmiyyətindən, qarşıda duran hədəflərdən bəhs edib. Bildirilib ki, proqram çərçivəsində qurulan əməkdaşlıq gömrük hüquqpozmalarına, xüsusilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə yanaşı, ticarətin asanlaşdırılması baxımından da əlavə imkanlar yaradır. Aşita Mittal Dövlət Gömrük Komitəsinin təşəbbüsü əsasında Orta Dəhliz ölkələrinin gömrük xidmətlərinin iştirakı ilə formalaşdırılan Tranzit Portalı layihəsinin əhəmiyyətini vurğulayıb, Azərbaycan gömrüyünün narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə əldə etdiyi nəticələri yüksək qiymətləndirib.

Tədbirdə çıxış edənlər əməkdaşlığın, təcrübə məlumat mübadiləsinin gücləndirilməsi, ehtiyacların müəyyənləşdirilməsi baxımından iclasın əhəmiyyətindən bəhs ediblər.

İki gün davam edəcək iclasda "Qlobal Konteynerlərə Nəzarət Proqram"ının reallaşdırılması istiqamətində ölkələrin səyləri, Gömrük Xidmətlərinin Liman Nəzarət Məntəqələrinin Regionlararası Şəbəkəsinin yaradılması haqqında Anlaşma Memorandumunun icrası, gömrük orqanları ilə özəl sektor arasındakı əməkdaşlığın inkişafına dair milli strategiyalar, ehtiyacların prioritelərin müəyyənləşdirilməsinə dair məsələlərlə bağlı iştirakçı ölkələrin mütəxəssisləri tərəfindən təqdimatlar nümayiş etdiriləcək, müzakirələr aparılacaq.