Bakının bəzi yollarında hərəkət qismən məhdudlaşdırılacaq
Sosial həyat

Bakının bəzi yollarında hərəkət qismən məhdudlaşdırılacaq

Yol hərəkətinin təhlükəsizliyinin təmin olunması məqsədilə aidiyyəti qurumlarla birgə razılaşdırılmış şəkildə bu gün gecə saat 23:00-dan səhər saat 05:00-dək Bakı şəhəri, Mikayıl Müşfiq küçəsində (Parlament prospekti-Badamdar şosesi hissəsi) hər iki istiqamətdə üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri həyata keçiriləcək.

"Respublika" xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, həmin ərazilərdə işlərin aparıldığı zolaqlar üzrə hərəkət qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, həmin hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və iş aparılan ərazilərdə qoyulmuş müvəqqəti nişanların tələblərinə riayət etmələri xahiş olunur.

Xatırladaq ki, öncədən də verilmiş məlumata əsasən, hazırda Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 28-30.5-ci kilometrlik hissəsində də hər iki istiqamətdə üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri həyata keçirilir. Bu hissədə aparılan işlərin axşam saatlarınadək yekunlaşdırılması nəzərdə tutulur.