Baş nazir Əli Əsədov Qazaxıstan Baş nazirinin müavini ilə görüşüb
Siyasət

Baş nazir Əli Əsədov Qazaxıstan Baş nazirinin müavini ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 7- Qazaxıstan Respublikası Baş nazirinin müavini - ticarət inteqrasiya naziri Serik Jumanqarin ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Qazaxıstan arasında müxtəlif sahələrdə əlaqələrin uğurlu inkişafı qeyd olunub. Tərəflər ikitərəfli əmtəə dövriyyəsinin artım sürətini müsbət qiymətləndiriblər.

Görüşdə Bakıda keçirilən Azərbaycan Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 19-cu iclasının gündəliyində duran məsələlərə toxunulub.

Tərəflər, həmçinin ticari-iqtisadi, investisiya, nəqliyyat-logistika, sənaye, mədəni-humanitar qarşılıqlı maraq doğuran digər sahələrdə gələcək perspektivləri müzakirə ediblər.