Ulu Öndər Heydər Əliyevin Zəngəzur azərbaycanlılarına qayğısı
Siyasət

Ulu Öndər Heydər Əliyevin Zəngəzur azərbaycanlılarına qayğısı

Millətlərin, xalqların, dövlətlərin tarixini müəyyən etmək, yaratmaq, yazmaq hər kəsə nəsib olmur, bu, xarizmatik liderlərin qismətinə düşür. O xalqlar xoşbəxtdir ki, tarixinin həlledici məqamlarında Tanrı lütfü onların üzərində olur, xilaskar göndərir işıqlı günlər bəxş edir.

Bu mənada mənsub olduğumuz Azərbaycan xalqı xoşbəxt xalqlardandır ki, onun XX-XXI əsrlərdə taleyi Ümummilli Lider Heydər Əliyev onun siyasi xətti ilə bağlı olmuşdur. Bütün həyatını fəaliyyətini canından əziz bildiyi Vətəninə doğma xalqına xidmətə həsr edən Heydər Əliyev hər kəsdən daha yaxşı hiss edirdi ki, o məhz bu missiya ilə dünyaya gəlmişdir. Prezident cənab İlham Əliyevin Sərəncamı ilə 2023- il ölkəmizdə "Heydər Əliyev İli" elan olunmuşdur bu dahi şəxsiyyətin 100 illik yubileyi xalqımız tərəfindın böyük sevgi coşqu ilə qeyd olunmaqdadır. Heydər Əliyevin Azərbaycanın tarixində taleyində yeri rolu tarixçilər, politoloqlar, filosoflar tərəfindən uzun illər araşdırılacaq, öyrəniləcək, dəyərləndiriləcəkdir. Lakin Ulu Öndərin müasirləri olan bizlər dəqiq bilirik ki, Heydər Əliyev olmasaydı bugünkü Azərbaycan dövləti olmayacaqdı, nəinki müstəqil qüdrətli bir dövlət yaratmaq bizə nəsib olmayacaqdı, bəlkə indiki müstəqilliyimiz ərazimiz çərçivəsində yaşamağımız da böyük sual altında olacaqdı...

M üsahibələrinin birində Ulu Öndər özünün həyatı, fəaliyyəti, mübarizəsi, tarixi müssiyası barədə fikirlərini bölüşərək demişdir: "Mən balaca bir evdə, zəhmətkeş ailəsində bir yaz günü dünyaya göz açmışam. Anadan olanda yəqin ki, beş-on, uzağı otuz-qırx nəfər sevinib, indi bəlkə bir qədər qeyri-təvazökar səsləndi. Amma deməliyəm ki, anam məni bütövlükdə Azərbaycan üçün dünyaya gətirib. Doğma, canım, varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır. Bütün şüurlu ömrümü onun inkişafına, tərəqqisinə həsr etmişəm".

Bu yazımda mən Ümummilli Lider Heydər Əliyevin böyük Vətənimizin ayrılmaz bir parçası olan qədim Zəngəzur bölgəsinə bağlılığı, orada, öz ata-baba yurdlarında yaşayan soydaşlarımıza göstərdiyi qayğını hörmətli oxucularımızın diqqətinə çatdırmağa çalışacağam.

Zəngəzur Azərbaycanın qədim torpağı olub XX əsrdə xarici havadarlarının yardımı ilə erməni təcavüzkarları tərəfindən mərhələ-mərhələ zəbt olunaraq tarixi Azərbaycan torpağı olan İrəvan xanlığının ərazisində yaradılmış Ermənistan dövlətinə birləşdirilmişdir.

1920-ci il noyabrın 29-da Sovet Rusiyasının hərbi siyasi dəstəyi ilə sahəsi 9 min kvadratkilometr olan Ermənistan Sovet Sosialist Respublikası yaradıldı. Həmin il dekabr ayının 1- Azərbaycanın Zəngəzur bölgəsinin böyük bir hissəsi - Qafan, Sisyan, Gorus Mığrı Sovet Ermənistanına pay verildi. Burada yaşayan Azərbaycan türkləri taleyin ümidinə buraxıldı.

Cənab Prezident İlham Əliyev 1920-ci ildə Zəngəzurun Ermənistana veilməsini türk dünyasına qarşı bir bölücülük siyasəti olduğunu vurğulayaraq söyləmişdir: "Türk dünyası böyük dünyadır. Vaxtilə türk dünyasının qədim ayrılmaz diyarı olan Zəngəzur bölgəsinin Azərbaycandan qoparılıb Ermənistana verilməsi nəticəsində türk dünyası arasında olan coğrafi bağlantı pozulubdur. Biz xəritəyə baxsaq görərik ki, əgər o tarixi ədalətsizlik törədilməsəydi, bu gün vahid türk dünyası coğrafi baxımdan da vahid bir məkan kimi yaşayacaqdı".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qarabağla bərabər Qərbi Azərbaycan torpaqlarına, o cümlədən Zəngəzura böyük önəm verir, bu bölgənin tarixinin öyrənilməsi, unudulmaması, tarixi torpaqlarımız kimi yaşaması istiqamətində siyasət aparır. Məhz cənab Prezidentin sərəncamları ilə "Zəngəzur" Milli Parkının yaradılması, Dövlət Xəzər Gəmiçiliyinin beynəlxalq sularda üzən ən böyük tankerlərindən birinə "Zəngəzur" adının verilməsi, işğaldan azad edilmiş ərazilərimizin bir hissəsində Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması, Zəngəzur dəhlizi vasitəsilə kommunikasiyaların açılmasına səy göstərilməsi bu məqsədə xidmət edir.

Ümummilli Lider Heydər Əliyev haqqında təəssüratlarım qədər dərin, xatirələrim kifayət qədər çox olsa da, onları bir yerə toplamağa, sistemləşdirib yazmağa həmişə çətinlik çəkmişəm. Günəşin işığı, istisi hər kəsin üzərinə düşür. Amma Günəşin böyüklüyünü, dəyərini olduğu kimi təsvir etməyə hamı qadir deyil. Ən azı ona görə ki, hər kəs Günəşi öz üzərinə düşən işıq qədər dərk edə bilir, öz cismində hiss etdiyi istilik qədər dəyərləndirir. Günəş isə milyon illərdir təmənnasız olaraq yer kürəsinə nur, işıq, istilik paylayır, həyat bəxş edir.

Ümummilli Lider Heydər Əliyev öz soy-kökü etibarilə həm mənim doğulub böyüdüyüm Urud kəndinə bağlı olduğundan bu böyük insanın adını mən hələ uşaq ikən, 9 yaşım olanda, 1970-ci ildə eşitmişdim. Qohumumuz babamın dostu, həm Birinci, həm İkinci Dünya müharibəsinin iştirakçısı Şahsuvar kişi, Əli babamla Bakıya gedib-gəlməyindən söhbət edəndə böyük qürur hissi ilə Heydər Əliyevin adını çəkdi. Dedi ki, Qafanda qatara bilet tapmadım, müharibə veteranlarının həmişə bronu olurdu, dedilər, satılıb, müharibə veteranı kitabçasını göstərdim, yenə xeyri olmadı. Onda, Bakıya gedən kimi sizdən Heydər Əliyevə şikayət edəcəm,- dedim. Heydər Əliyevin adını çəkən kimi məni düz vağzal rəisinin otağına apardılar, rəis özü mənə çay süzdü, üzr istədi, biletimi yazıb verdilər.

O vaxtdan Heydər Əliyev obrazı mənim yaddaşımda qanun, güc, ədalət, qəhrəmanlıq idealı kimi həkk olunmuşdur.

... 1918-ci il Zəngəzura qarğış kimi, taun kimi, yanğın zəlzələ kimi gəldi. Bu qədim Azərbaycan torpağında daş daşın üstündə qalmadı. Daşnak Andranik Ozanyanın başçılıq etdiyi 10 min nəfərdən artıq erməni başkəsəni Zəngəzurda böyük talan qırğınlara başladı. İnsanları yalnız türk müsəlman olduqlarına görə qətlə yetirdilər, didərgin saldılar, ev-eşiklərini talan edib yandırdılar.

Zəngəzur camaatının bir hissəsi Naxçıvana, bir hissəsi isə Qarabağa pənah apardı. Daşnakların işgəncə təqiblərindən canını götürüb Naxçıvana qaçan Qarakilsənin Comərdli kəndinin camaatı arasında Azərbaycan xalqının milli iftixarı, müstəqil Azərbaycan dövlətinin banisi qurucusu Heydər Əliyevi dünyaya bəxş etmiş Əliyevlər ailəsi var idi. Bu ailə mahalda öz mərdliyi, igidliyi ilə sayılıb-seçilən Comərdin dövrünün tanınmış adamı olan urudlu Kərbəlayi Abasqulunun nəsli kimi tanınmış hörmət qazanmışdı.

H eydər Əliyevin ulu babası Comərd kişi qardaşı Alagöz Məhəmmədlə birlikdə Comərdli kəndinin bünövrəsini qoymuşlar. Kənddəki bütün ailələr bu iki qardaşın törəmələri olmaqla demək olar ki, bir-birinə qohumdurlar. Comərdli camaatının Qarakilsənin digər qədim azərbaycanlı kəndləri olan Urud, Şəki, Ərəfsə, Dəstəgird s. kəndlərlə yaxın qohumluq əlaqələri vardır.

Bu böyük son dərəcə istedadlı ailənin nəsil şəcərəsi ulu babaları Comərd kişidən başlayaraq, üzü bəri bütün nümayəndələri öz azərbaycanlı soy-kökünə, milli varlığına, dini inamına, vətəninə xalqına bağlı mərd, mübariz insanlar olmuşlar.

Onu da qeyd etmək yerinə düşərdi ki, Ulu Öndər Heydər Əliyevin mənsub olduğu nəsil xalqımıza 50-dən artıq alim, elm incəsənət xadimi bəxş etmiş, bu nəsil Azərbaycanın bütövlüyü uğrunda Qarabağda gedən döyüşlərdə 10-dan çox şəhid vermişdir ki, onlardan ikisinə - Aqil Sahib oğlu Quliyevə Fəxrəddin Vəlyəddin oğlu Nəcəfova vətənin ən yüksək fəxri adı - Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.

Əlirza kişinin oğlanları Həsən Əliyev Hüseyn Əliyev Comərdli kəndində dünyaya göz açmış, burada böyümüş, Vətən torpağının əsrarəngiz gözəlliyini burada duymuş uşaq yaddaşlarında əbədi həkk etdirmişlər. Xalqımıza qarşı ermənilər tərəfindən 1918-ci ildə törədilən deportasiya soyqırımı faciələri hər bir azərbaycanlı ailəsini sarsıtmış, bu sarsıntı iztirab nəsillərin yaddaşında yaşamışdır. Əliyevlər ailəsi bu hadisələrdə öz yurdlarını, əzizlərini itirmiş, əzab-əziyyətlər çəkmiş, məhrumiyyətlər görmüşdür.

Azərbaycan milli torpaqşünaslıq ekologiya elmlərinin banisi, Milli Akademiyamızın yaradıcılarından biri, görkəmli ictimai-siyasi xadim akademik Həsən Əlirza oğlu Əliyev bu qanlı qırğınların canlı şahidi kimi ömrünün son günlərinə qədər həmin hadisələri xatırlayır, comərdlilərin qeyri-bərabər döyüşdə düşmənə qarşı necə fədakarlıqla döyüşməsini, kəndlərinin dağıdılıb yandırılmasını, bir əmisinin atın tərkinə aldığı 10 yaşlı oğlunun arxadan atılan erməni gülləsindən ölməsini, digər əmisinin isə həyat yoldaşı südəmər körpə qızı ilə kəndin kənarındakı bir mağarada gizlənməsini, ermənilərin mağaraya hücumu zamanı isə son patrona kimi atışdığını, axırda isə daşnakların mağaraya girərək əmisinin başını kəsdiyini, ailəsini isə süngü ilə min bir əzab verərək öldürdüklərini, comərdli camaatının çoxlu itkilər verdikdən sonra dağlarla qaçaraq, Naxçıvana pənah aparmasını yana-yana, erməni daşnaklarına qarşı sonsuz bir nifrət hissilə danışırdı.

Ulu Öndərin bacısı Şəfiqə xanım Əliyeva "Mənim anam" kitabında ailələrinin 1918-ci ildə üzləşdiyi müsibətləri çox səmimi təsirli bir şəkildə belə təsvir edir:

"Ermənilərin Zəngəzur torpağına olan təcavüzü anamın ömür kitabında gənclik xatirələrinin ən acı səhifələridir. Öz torpağından didərgin düşənlər Naxçıvanın ətrafında olan kəndlərdə - Qazançı, İşıqlar, Cəhri Milax kəndlərində məskunlaşırlar. Atam Əlirza anam İzzət xanım isə Naxçıvana gəlirlər. Lakin anamın çəkdiyi müsibətlərin ən dəhşətlisi Comərdlidən qaçarkən yolda gördüyü mənzərə olub. Çox sevdiyi, gözəlliyi, boy-buxunu ilə öyündüyü 23 yaşlı qardaşı Heydərin ölümü onu sarsıdıb. Anamı qaçqın düşmək ağrısından daha çox sevimli qardaşının ölümü yandırırdı. Düz on beş il anam bacı-qardaşlarının sağ olub, olmamasından xəbər tuta bilməyib. Atamla anam Naxçıvanda məskunlaşdıqdan sonra üç qardaşım, mən bacım dünyaya gəlmişik. Həyatı dərk edəndən anamın gözlərində kədər görmüşəm. Atam dəmiryolçu idi. Səhər gedib axşama kimi çalışar, öz halal qazancı ilə balalarını böyüdərdi. Zəhmətkeş, dinc ailəmiz olub. Anam "erməni" kəlməsinə belə nifrət edərdi. Çünki ermənilərin onun ailəsinə vurduğu zərbənin acısını çəkmək asan məsələ deyildi. Elə buna görə yaraşıqlı, mehriban baxışlarından həmişə hüzn küskünlük boylanardı. Bacı, qardaş itkisindən doğan hüzn".

S ovet hökuməti qurulduqdan sonra Zəngəzur camaatı yavaş-yavaş öz doğma yurdlarına qayıtsa da, geriyə dönməyənlər çox oldu. Geriyə qayıtmayanlar arasında comərdlilərdən xeyli ailələr var idi. Bu insanları qınamaq da düzgün deyildi. Kənd yandırılmış, ev-eşik dağıdılmış, var-dövlət talan edilmiş, qırğınlar zamanı ailə üzvlərinin çoxu vəhşicəsinə qətlə yetirilmişdi. Digər tərəfdən, elə ailələr var idi ki, məskunlaşdıqları yerdə artıq özlərinə az-çox güzəran yaratmış, tapmış, öz həyatını dinc axara sala bilmişdi. Naxçıvana pənah aparmış 110 evli comərdli camaatından 1930-cu ildə geriyə yalnız 25 ev qayıtmışdı. Qalan camaat Naxçıvanın müxtəlif yaşayış məntəqələrində məskunlaşmış, bəziləri isə köçüb Bakıya, Azərbaycanın digər yerlərinə getmişdilər. Yeri gəlmişkən, qeyd edək ki, 1918-ci il qırğınında Comərdli kəndindən 20- yaxın ailə dağ yolları ilə Kəlbəcərə getmiş, orada məskunlaşaraq Comərd kəndinin binasını qoymuşlar.

C omərd kişinin nəslindən olan bir çox ailələr, o cümlədən Əlirza Əliyevin ailəsi Naxçıvanı özlərinə ikinci vətən seçərək öz sonrakı talelərini bu qədim torpağa bağladılar. Əliyevlər ailəsi Naxçıvanda məskunlaşdıqdan sonra da uzun illər Zəngəzurla əlaqələrini kəsməmiş, Comərdli, Urud, Şəki s. kəndlərdə yaşayan qohumları, dostları ilə get-gəl etmiş, onların xeyir-şərində iştirak etmişlər.

Əlirza kişinin oğlanları Həsən, Hüseyn, Heydər, Cəlal, Aqil Əliyevlər müxtəlif vaxtlarda ata-baba yurdlarında olmuş, qan qohumları ilə görüşmüş, yay tətilində bu dağlar diyarında havalarını dəyişmiş, istirahət etmişlər. Heydər Əliyev yeniyetmə vaxtlarında təxminən 3 il dalbadal yay tətilində istirahət etmək üçün Naxçıvanın bürküsündən sərin, saf havalı soyuq bulaqlı, bağlı-bağatlı Urud kəndinə gəlib, Urudlu qohumlarının, atasının özünün dostlarının evində yaşayıb. Mən 1989-2000-ci illərdə "Urud" adlı tarixi-etnoqrafik kitabımın üzərində işləyərkən Heydər Əliyevlə Naxçıvan Müəllimlər İnstitutunda oxumuş, yoldaşlıq, dostluq etmiş, urudlu ağsaqqalların bir çoxu ilə söhbət etdikdə onların hamısı Heydər Əliyevin gənclik dövrü ilə bağlı eyni fikri söylədilər: "O olduqca ağıllı, təfəkkürlü, savadlı, istedadlı bir gənc idi. Kəndə gələndə bütün kənd cavanları onun başına yığışardı. Onda insanları asanlıqla öz ətrafına toplamaq, onları idarə etmək, onlara rəhbərlik etmək bacarığı var idi". Ümummilli Lider Heydər Əliyev hələ Sovet dönəmində Azərbaycana rəhbərlik etdiyi illərdə, respublikanın hüdudlarından kənarda qalan torpaqlarımızı, orada yaşayan azərbaycanlıları bir an da olsun unutmamış, onların maddi, mədəni, sosial şəraitlərinin yaxşılaşdırılması, həmin insanların içərisindəki Azərbaycan ruhunun yaşaması, mübarizə aparması qalib gəlməsi üçün aşkar gizli şəkildə, o dövrün imkanları daxilində əlindən gələni etmişdir.

Bütün Zəngəzur camaatı bilirdi ki, onlara Azərbaycan tərəfindən göstərilən bu qayğı diqqət bilavasitə möhtərəm Heydər Əliyevin qayğısı diqqətidir. Bütün Zəngəzur camaatı bilirdi ki, Azərbaycan Respublikasının KP MK-nın birinci katibi Heydər Əliyev, həm Ermənistan SSR- yaşayan azərbaycanlıların dayağı, arxasıdır.

Zəngəzur azərbaycanlıları Heydər Əliyevin diqqət qayğısını həmişə yüksək qiymətləndirir, həmişə bu böyük insanın müqəddəs adı ilə öyünür, qürrələnir, ondan qürur duyurdular.

Məhz Heydər Əliyevin təşəbbüsü siyasi iradəsi ilə yetmişinci illərin əvvəllərindən Dağıstanda, Gürcüstanda Ermənistanda tez-tez Azərbaycan mədəniyyəti incəsənəti günləri keçirilməyə başlandı. Bu proqram çərçivəsində respublikanın tanınmış elm, mədəniyyət, incəsənət xadimləri "vətənin qıraqda qalan yerləri"ndə yaşayan soydaşlarımızla görüşür, onların mənəvi tələbatlarının ödənilməsinə yardımçı olurdular. Bu mənada Zəngəzur da istisna deyildi. Bakıdan, Ağdamdan, Füzulidən, Naxçıvandan Zəngəzura tez- tez teatr, konsert qrupları gəlir, kənd-kənd gəzərək konsertlər, tamaşalar verirdilər. Azərbaycanda istehsal olunmuş kinofilmlərin Zəngəzurun azərbaycanlı kəndlərinə gətirilməsi ötən əsrin 70-80-ci illərində adi hala çevrilmişdi.

1974- ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevin birbaşa göstərişi ilə Zəngəzuru Bakı ilə birləşdirən Sisyan-Bakı avtobus xətti açıldı. Sisyan rayonu ilə Bakı şəhəri arasında gündəlik avtobus marşrutunun açılması Sisyan Gorus azərbaycanlılarının həyatında inqilaba bərabər bir hadisə idi. Çünki o vaxta qədər Qafan Mığrı azərbaycanlıları Bakı Azərbaycanın bir sıra digər rayonları ilə Qafan - Bakı Culfa-Bakı dəmiryolu vasitəsilə birbaşa əlaqə saxlaya bilirdilərsə, Sisyan Gorus azərbaycanlılarının belə bir imkanı yox idi.

Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, Siyasi Büronun üzvü olarkən Zəngəzuru unutmamış, bu bölgənin geosiyasi əhəmiyyətini, gələcəkdə Azərbaycanın həyatında mühüm rol oynaya biləcəyini nəzərə alaraq Bakı ilə Naxçıvanı (gələcəkdə isə Türkiyəni) birləşdirəcək transregional avtomobil magistralının çəkilməsi barədə SSRİ Nazirlər Sovetinin qərarının verilməsinə nail oldu. Təəssüflər olsun ki, SSRİ-nin dağılması bu böyük strateji əhəmiyyətli qərarın icrasını yarımçıq qoydu.

Z əngəzur azərbaycanlılarının, eləcə Ermənistan SSR- 23 rayonun 261 yaşayış məntəqəsində yaşayan azərbaycanlıların ictimai-siyasi, sosial, mədəni həyatında "Sovet Ermənistanı" qəzetinin çox böyük rolu olmuşdur. "Sovet Ermənistanı" qəzeti Ermənistan KP MK-nın, respublika Ali Soveti Nazirlər Sovetinin orqanı idi. 1921-ci ildən çıxırdı. Əvvəllər "Rəncbər" (1921-1922), "Qızıl Şərq" (1929-1937), "Kommunist" (1937-1939) adları ilə nəşr olunurdu. 1960-1980-ci illərdə gündəlik çapı təxminən 18-20 min nüsxə idi. Zəngəzurdan olan görkəmli ziyalılar (Sabir Əsədov, İsrafil Məmmədov, Abdulla İbrahimov, Hidayət Orucov, Suren Şərifov s.) bu qəzetdə işləmiş, onların vaxtaşırı bölgəyə səfərləri, azərbaycanlılar yaşayan kəndlərin problemlərini öyrənib qəzet səhifələrinə çıxarmaları, həllinə nail olmaları, azərbaycanlı əhalinin hüquqlarının rayon respublika səviyyəsində qorunmasına çalışmaları bu insanlara bir tərəfdən mənəvi dəstək olurdusa, digər tərəfdən onların ictimai-siyasi fəallığını artırırdı. Kənd yerində yaşayan müəllimlər digər ziyalılar vaxtaşırı bu qəzetdə təklif məqalələrlə çıxış edir, öz bədii yaradıcılıq nümunələrini çap etdirirdilər. "Sovet Ermənistanı" qəzeti erməni senzorunun təsiri altında olsa da, yerli azərbaycanlıların maraqlarını kifayət qədər geniş təmsil edə bilirdi.

Ümummilli lider Heydər Əliyev deyirdi: "Müstəqil dövlətimiz üçün taleyüklü məsələlərin həyata keçirilməsi, tariximizin bir çox qaranlıq səhifələrini açmaqla kimliyimizi tam müəyyən etməyi, milli kökləri ilə bağlı yeni təfəkkürlü gənc nəsil yetişdirilməsini zəruri edir".

Xalqımızın XX əsrdə məruz qaldığı deportasiya genosid aktlarına hüquqi, siyasi qiymət verilməsi ilk dəfə Prezident Heydər Əliyevin fərmanları ilə reallaşdı. Heydər Əliyevin 18 dekabr 1997-ci il tarixdə imzaladığı "1948-1953- illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlardan kütləvi surətdə deportasiya haqqında" Fərmanı ilə ermənilərin fitnəsi sovet hökuməti tərəfindən xalqımıza qarşı törədilmiş kütləvi deportasiya aktı dünyaya bəyan edildi, Azərbaycan xalqının milli, tarixi hüququnun pozulması pislənildi, bu akt cinayət kimi, ən adi hüquq normalarına zidd olan, totalitar rejimin repressiya tədbiri kimi qiymətləndirildi. Prezident Fərmanı ilə bu tarixi ədalətsizliyə siyasi qiymət verildi, Azərbaycan xalqına qarşı dövlət səviyyəsində həyata keçirilmiş bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsi onun beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə dövlət komissiyası yaradıldı.

Heydər Əlirza oğlunun 1993- ildə yenidən hakimiyyətə gəlişi ilə Azərbaycan dağılmaq məhv olmaq təhlükəsindən xilas edilməklə bərabər, xalqımıza qarşı törədilən deportasiyia soyqırımı siyasətinin davamına son qoyuldu. Heydər Əliyevin 1998-ci ilin 26 martında imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" Fərmanı ilə xalqımıza qarşı edilmiş bu tarixi cinayət bütün dünyaya bəyan edildi, ona siyasi qiymət verildi, işğalçı cinayətkar öz adı ilə çağırıldı.

Ümummilli Lider Heydər Əliyev öz ata-baba yurdlarından didərgin salınmış insanların hüquqi, mənəvi, maddi, sosial problemlərinə həmişə böyük həssaslıqla yanaşmış, bu insanların məskunlaşma, sosial müdafiə, adaptasiya reinteqrasiya məsələlərinə daim qayğı diqqət göstərmişdir.

Ümummilli Liderin 22 avqust 2001-ci ildə imzaladığı "Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması haqqında" Fərman qaçqın soydaşlarımıza Prezident qayğısının, dövlət qayğısının bariz nümunəsidir. Fərmanda göstərilir ki, XX əsrdə müxtəlif dövrlərdə 2 milyona yaxın soydaşımız öz tarixi vətənindən zorla köçürülmüş, etnik təmizləmə siyasətinin qurbanına çevrilmişdir. Heydər Əliyevin bu fərmanı qaçqınların status, məskunlaşma, məşğulluq, hüquqi, sosial müdafiə problemlərinin həllində yeni addım, əsaslı dönüş nöqtəsi olmuşdur.

Ulu öndərin siyasi kursunu ləyaqətlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev torpaqlarımızın işğaldan azad edilməsi ərazi bütövlüyümüzün təmin olunması istiqamətində apardığı uğurlu fəaliyyətində tarixi torpaqlarımızı da unutmur, ən uca kürsülərdən İrəvanın, Zəngəzurun, Göyçənin qədim Azərbaycan əraziləri olduğunu söyləyərək o yurdlara dönüşümüzə tarixi siyasi zəmin hazırlayır. Cənab Prezident 1918-ci ildə Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan İrəvanın ermənilərə paytaxt olaraq verilməsini tarixi səhv kimi qiymətləndirərək bu kimi səhvlərin düzəldilməsi zərurətini xalqımızın, xüsusilə, gənc nəslin qarşısına mühüm vəzifələr kimi qoyur.

...O bir dahi şəxsiyyət olaraq Allah, Vətən, Millət, Tarix qarşısındakı bütün vəzifələrini şərəflə yerinə yetirmişdir. Hamımız Ona borcluyuq. Bizə bu gözəl Vətəni, bu xoşbəxt həyatı, bu müstəqil qüdrətli dövləti bəxş etdiyi üçün!

Ulu Öndər Heydər Əliyev həm xoşbəxt ata dövlət xadimidir, çünki onun oğlu siyasi varisi Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin bütün vəsiyyətlərini arzularını Azərbaycan xalqının dəstəyi ilə böyük fədakarlıq qəhrəmanlıqla həyata keçirdi.

Bu gün Ulu Öndər Heydər Əliyevin ruhu şaddır. Onun canından artıq sevdiyi Azərbaycanın ərazi bütövlüyü təmin olunmuşdur. Gözəl Qarabağ Şərqi Zəngəzur torpaqları işğaldan azad edilmişdir. Üçrəngli Azərbaycan bayrağı Şuşada, Ağdamda, Füzulidə, Kəlbəcərdə, Cəbrayılda, Qubadlıda, Zəngilanda, Laçında, Qarabağda dalğalanır. Xalqın torpaq həsrətinə son qoyulmuşdur. Zamanında Ulu Öndər tərəfindən cənnətə çevirilən Qarabağın ikinci əbədi dirçəliş yüksəliş dövrü başlayır. Xalqımızın Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Zəngəzura, İrəvana, Göyçəyə, Qərbi Azərbaycandakı digər ata-baba yurdlarımıza dönəcəyi günlər o qədər uzaqda deyildir.

Ü mummilli Lider Heydər Əliyevin həyatı, şəxsiyyəti, fəaliyyəti barədə dünyanın bir çox tanınmış simaları dəyərli fikirlər söyləmişlər. Mən bu yazını Ulu Öndərin tariximizdə yerini rolunu ən dəqiq qiymətləndirən bir fikir ilə - Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sözləri ilə tamamlamaq istəyirəm: "Tarix salnaməsinin XX əsr üçün taleyüklü səhifəsinin iştirakçısı, yaradıcısı, aparıcısı 30 ildən artıq Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyan, onu bir dövlət, millət kimi tarixin sınaqlarından çıxaran Vətəndaş, Şəxsiyyət, Lider. Tərəqqisi üçün çalışdığı, mədəniyyəti, keçmişi ilə fəxr etdiyi, nəsillərinin gələcəyi üçün düşündüyü Vətənin - Azərbaycanın taleyi onun adi insan taleyi ilə əbədi olaraq bağlandı. Azərbaycan üçün Heydər Əliyevin varlığı taleyin Tanrı payıdır".

 Musa URUD,

millət vəkili,

YAP İdarə Heyətinin üzvü.