Baş Prokurorluqda Avropa Şurasının nümayəndə heyəti ilə görüş
Digər xəbərlər

Baş Prokurorluqda Avropa Şurasının nümayəndə heyəti ilə görüş

Mayın 22- ölkəmizdə səfərdə olan Avropa Şurası İnsan Hüquqları Qanunun Aliliyi Direktoratlığının rəhbəri Xristos Ciakomopoulos Siyasi Məsələlər Xarici Münasibətlər üzrə Direktoratlığının rəhbəri Papa Miroslav ilə Baş prokurorun birinci müavini Elçin Məmmədov arasında görüş keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, qonaqları salamlayan Elçin Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlar çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin strukturunun təkmilləşdirilməsi istiqamətində aparılmış hərtərəfli institusional tədbirlər barədə ətraflı məlumat verib.

Daha sonra birinci müavin Azərbaycan Prokurorluğu tərəfindən beynəlxalq regional təşkilatlarla, həmçinin digər ölkələrin prokurorluq antikorrupsiya qurumları ilə səmərəli əməkdaşlığın davam etdirdiyini, "Avropa Şurasının Azərbaycan üçün 2022-2025-ci illər üçün Fəaliyyət Planı" çərçivəsində nəzərdə tutulan tədbirlərin müvəffəqiyyətlə icra olunduğunu, eləcə prokurorluq əməkdaşlarının həmin tədbirlərdə aktiv rol aldığını qeyd edərək, Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq layihəsi çərçivəsində təşkil olunan tədbirlərin, xüsusilə korrupsiyaya çirkli pulların yuyulmasına qarşı mübarizə sahəsinə müsbət təsirini vurğulayıb.

Qəbula görə təşəkkürünü ifadə edən Xristos Ciakomopoulos, Azərbaycan ilə Avropa Şurası arasında hər zaman etimad qarşılıqlı hörmətə əsaslanan yüksək münasibətlərin olduğunu bildirərək, son illər ərzində korrupsiya ilə mübarizə sahəsində keçirilən islahatların səmərəliliyindən bu istiqamətdə atılacaq addımların əhəmiyyətindən bəhs edib.

Görüş zamanı cinayət yolu ilə əldə edilmiş aktivlərin bərpası, Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunun (GRECO) hesabatı, Avropa Şurası tərəfindən maliyyələşən nifrət cinayətlərinə qarşı mübarizə sahəsində baş tutacaq layihələrdə prokurorluq əməkdaşlarının iştirakı digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.

Görüşdə, həmçinin Azərbaycan Respublikasının Avropa Şurasında daimi nümayəndəsi Fəxrəddin İsmayılov Avropa Şurasının Bakı Ofisinin rəhbəri Petr Zix iştirak edib.

Ü.VAHİDOĞLU,

Respublika”.