Bayram günlərində 70 mindən çox sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb
Sosial həyat

Bayram günlərində 70 mindən çox sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumatda bildirilir ki, Respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar bayram günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün iyunun 24-dən iyulun 2-nə kimi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

Şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişin daşımalarının fasiləsiz və qrafiklərə uyğun həyata keçirliməsinə (AYNA) tərəfindən nəzarət olunub.

Ümumilikdə bayram günlərində 2358 reys həyata keçirilib, 70 min 35 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.

Qeyd edilən tarixlərdə xətlərə əlavə 200-yə yaxın avtobus buraxılıb. Bakıdan bölgələrə və əks-istiqamətdə daşınan sərnişinlərin tələbatı tam qarşılanıb.