“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Qanun

“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 12-ci və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:

“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 8, maddə 520; 2004, № 5, maddə 314; 2005, № 2, maddə 62; 2006, № 6, maddə 486, № 8, maddə 657, № 11, maddə 923; 2007, № 11, maddə 1082; 2008, № 5, maddə 348, № 6, maddə 462, № 11, maddə 959, № 12, maddə 1048; 2011, № 12, maddə 1077; 2012, № 6, maddə 507; 2014, № 10, maddə 1170; 2015, № 2, maddə 85, № 10, maddə 1091; 2018, № 1, maddə 29; 2020, № 7, maddə 850, № 12 (I kitab), maddə 1423; 2021, № 1, maddə 8) 9.1-ci maddəsinə “verilməsi” sözündən sonra “, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları” sözləri əlavə edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 30 may 2023-cü il