Beyk Cuhyon: Koreya şirkətləri Azərbaycanla əməkdaşlıqda maraqlıdır
Siyasət

Beyk Cuhyon: Koreya şirkətləri Azərbaycanla əməkdaşlıqda maraqlıdır

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Koreya Respublikasının xarici işlər nazirinin xüsusi nümayəndəsi Beyk Cuhyon arasında görüş keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, nazir Ceyhun Bayramov Azərbaycan Koreya arasında mövcud olan ikitərəfli münasibətlərin uğurlu inkişafını, həmçinin iki ölkə arasında bir çox sahələrdə geniş əməkdaşlıq imkanlarının mövcud olduğunu qeyd edib. Ölkələrimiz arasında, iqtisadiyyat, yüksək texnologiyalar, enerji, təhsil, turizm bir sıra digər istiqamətlərdə əməkdaşlıqdan məmnunluq ifadə olunub. Nazir ölkələrimiz arasında təhsil sahəsində artan əməkdaşlığın, Koreya təhsil standartları əsasında yaradılmış Sənaye İnnovasiyalar Bakı Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyətinin, universitetlərarası ikili diplom təhsil proqramlarının Koreya-Azərbaycan əməkdaşlığının vacib istiqamətlərindən olduğunu bildirib.

Nazir daha sonra, 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən bərpa yenidənqurma işləri barədə ətraflı məlumat verib.

Koreya xüsusi nümayəndəsi öz növbəsində iki ölkə arasında əlaqələrin uğurlu inkişafını vurğulayaraq, Koreyanın Azərbaycanla investisiya, təhsil, gəmiçilik, ərazilərin minalardan təmizlənməsi, nəqliyyat, kommunikasiya, su ehtiyatlarının idarə edilməsi digər sahələrdə əməkdaşlıq münasibətlərinin inkişaf perspektivlərinə toxunub. Koreya şirkətlərinin Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.