Beynəlxalq münasibətlər və diplomatiya üzrə ikinci yay məktəbi
Elm və təhsil

Beynəlxalq münasibətlər və diplomatiya üzrə ikinci yay məktəbi

9-14 avqust tarixlərində “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, Xəzər Universiteti və Topçubaşov Mərkəzinin tərəfdaşlığı ilə Şamaxı rayonunda beynəlxalq münasibətlər və diplomatiya üzrə ikinci yay məktəbi təşkil ediləcək.

21 iyun Elm vəTəhsil Nazirliyindən bildirilir ki, yay məktəbinin keçirilməsində məqsəd müxtəlif yerli, xarici universitetlərin tələbə və məzunlarına dünya, eləcə də regiondakı siyasi-iqtisadi vəziyyətin obyektiv qiymətləndirilməsi, gələcəkdə baş verə biləcək proseslərin düzgün proqnozlaşdırılması, xarici siyasət mövzuları üzrə müzakirələrdə iştirak imkanı yaratmaqla səmərəli öyrənmə platformasının təsis edilməsidir. 

Nəzərinizə çatdıraq ki, qeydiyyatdan keçmiş iştirakçıların dil bacarıqları və mövzu üzrə ilkin biliklərinin qiymətləndirilməsi üzrə müsahibə təşkil ediləcək. Qiymətləndirmədən uğurla keçən şəxslər yay məktəbində iştirak hüququ qazanacaqlar. Proqram haqqında daha ətraflı məlumat isə seçilmiş iştirakçılara təqdim olunacaq.

“Respublika”.