Beynəlxalq torpaqşünaslıq konqresi keçiriləcək
Digər xəbərlər

Beynəlxalq torpaqşünaslıq konqresi keçiriləcək

2023-cü ilin 21-23 iyun tarixlərində Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “İqlim dəyişməsi və davamli torpaq idarəetməsi” mövzusunda Beynəlxalq elmi torpaq  konqresi keçiriləcək. Azərbaycanın ev sahibliyi edəcəyi Avrasiya Torpaqşünaslar Cəmiyyətləri Federasiyasının  təşkilatçılığı ilə keçiriləcək konqresin əsas məqsədi torpaqşünaslıq sahəsində son nailiyyətləri öyrənmək və müzakirə etmək, əməkdaşlıq əlaqələrini genişləndirməkdir. Tədbirin təşkilat komitəsinin sədri, Avrasiya Torpaqşünaslar Cəmiyyətləri Federasiyasının Prezidenti  akademik Qərib Məmmədovdur. Konqresdə əsas diqqət tədqiqatlara, torpaqdan istifadə və idarə olunmasına dair ən son və texnoloji inkişaflara xüsusi maraq göstərilməklə, torpaqşünaslığa multidissiplinar yanaşmaya diqqət yetiriləcək.

Fərid MUSTAFAYEV,

Təşkilat komitəsinin üzvi.