“Biz Heydərçilərik”
Region

“Biz Heydərçilərik”

 “Heydər Əliyev ili” çərçivəsində Ulu Öndərin 100 illik yubileyi münasibəti ilə Böyük Mərcanlı kənd Uşaq İncəsənət məktəbində “Biz Heydərçilərik” adlı tədbir keçirildi. Tədbirdə Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, məktəbin müəllim və şagird kollektivləri iştirak etdilər.

Tədbir iştirakçıları əvvəlcə 4 saylı qəsəbədə salınmış Heydər Əliyev adına Mədəniyyət və istirahət parkında ulu öndərin abidəsi önünə gül dəstələri qoyaraq dərin ehtiramlarını bildirdilər. Sonra tədbir Böyük Mərcanlı kənd Uşaq İncəsənət məktəbində davam etdirildi. Ulu öndərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə böyük şəxsiyyətin Azərbaycan xalqı qarşısında gördüyü misilsiz xidmətlərdən söhbət açıldı.

Sonda Böyük Mərcanlı kənd Uşaq İncəsənət məktəbinin şagirdlərinin ifasında Vətənimiz Azərbaycana, Ümummilli Liderimiz Heydər Əliyevə həsr olunmuş mahnılar, şerlər ifa olundu.

Tofiq HÜSEYN,

“Respublika”.