Bizim iradəmizə heç kim təsir edə bilməz
Siyasət

Bizim iradəmizə heç kim təsir edə bilməz

Ölkə başçısından vandallara, separatçılara havadarlarına kəskin mesajlar

Azərbaycan Prezidenti İlham Əliyevin birinci xanım Mehriban Əliyevanın aprelin 18- Neftçala Salyan rayonlarına səfəri, eyni zamanda, səfər çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsi önəmli məqamlarla zəngin oldu. Dövlət başçısı İlham Əliyevin regionlara hər səfəri yeni sosial obyektlərin açılışı təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Ölkəmizdə ilklərə imza atılır, yeniliklərə, təkmilləşməyə üstünlük verilir. Cənab Prezident Azərbaycan Televiziyasına müsahibəsində Ermənistana ona havadarlıq edən dövlətlərə mesajlar verdi.

"Hesab edirəm ki, bu, erməni hökumətinin növbəti çirkin əməlidir. Mən bunu belə qəbul edirəm. Bu, təsadüfən baş vermiş, hansısa bir fərdin əməli deyil. Bu, Ermənistan hökumətinin növbəti çirkin əməlidir". Bu fikirləri Prezident İlham Əliyev Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycanın bayrağının yandırılması ilə bağlı sualı cavablandırarkən deyib. Dövlət başçısı bildirib ki, bunu deməyə əsas verən bir çox səbəblər var. Belə ki, bu hadisəni törədən insanabənzər məxluq Ermənistan hakim dairələrinin yüksəksəviyyəli şəxsləri ilə birbaşa təmasdadır. Bu məxluqa heç bir cəza verilmədi, əksinə, Ermənistanda onu qəhrəmanlaşdırdılar. Guya onu saxlayıblar, ondan bir neçə dəqiqə sonra buraxıblar. Orada bir şou düzəldiblər, onu alqışlarla qarşılayıblar bu adama qarşı heç bir cəza tədbiri, heç cərimə tətbiq olunmayıb. Təkilatçılığına təhlükəsizliyinə görə rəsmi İrəvanın birbaşa məsuliyyət daşıdığı beynəlxalq idman tədbirində törədilən bu vandallıq döyüş meydanında deyil, beynəlxalq idman tədbirində, yəni siyasətə heç bir aidiyyəti olmayan müstəvidə baş verdi.

Ona görə Azərbaycan Prezidenti hadisəni kəskin pisləməklə bildirdi ki, Ermənistanda bayrağımızın yandırılması orada Azərbaycana qarşı dövlət səviyyəsində yürüdülən nifrət siyasətinin, bu ölkədə rasizm ksenofobiyanın necə yüksək səviyyədə olmasının növbəti təsdiqidir. Belə bir vandallıq aktından sonra Ermənistanda hər hansı beynəlxalq tədbir yarışın keçirilməsi rasizmə, ksenofobiyaya dəstək anlamı daşıyacaq. "Ermənistanın siyasi rəhbərliyinin gözü önündə belə bir rəzil hadisə baş verir buna heç bir reaksiya verilmir. Deməli, Ermənistan hakimiyyəti, hökuməti, dövləti bu çirkin əməlin müəllifidir. Amma onlar unutmamalıdırlar ki, bu gün Azərbaycan bayrağı harada dalğalanır. Bu gün Azərbaycan bayrağı Qarabağda dalğalanır. Ağdamda, Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda, Kəlbəcərdə, Laçında, Şuşada, Hadrutda, Talışda, Suqovuşanda neçə-neçə kənddə, yüzlərlə kənddə Azərbaycan bayrağı dalğalanır. Bu gün Azərbaycan bayrağı Zəngəzur dağlarında dalğalanır, onu unutmasınlar. O bayrağa onlar yaxınlaşa bilər? O insanabənzər məxluq onun kimiləri o bayraqlara yaxınlaşa bilər? O bayrağa uzaqdan baxmağa da qorxarlar". Ölkə başçısı deyib ki, bayraq yandırmaqla onlar ancaq öz çirkin xislətlərini bütün dünyaya nümayiş etdiriblər. Bir daha demək istəyirəm, bunun arxasında dayanan Ermənistan dövlətidir, Ermənistan hökumətidir, Ermənistanda aparılan, uzun illər aparılan, onilliklər ərzində aparılan anti-Azərbaycan kampaniyasıdır, azərbaycanofobiyadır. Bu hadisə sıradan olan hadisə deyil. Əlbəttə, bu hadisə bizi sarsıda bilməz, bizim iradəmizə heç bir təsir edə bilməz. Ancaq onlar yaxşı fikirləşsinlər.

Bir gün gözlərini açıb Azərbaycan bayrağını öz başları üzərində görə bilərlər. Yarışda iştirakdan imtinaya görə yığmamızın üzvləri faktiki olaraq girov saxlanıldı. Bir neçə saatlıq girovluqdan sonra nəhayət ki, idmançılarımız İrəvanı tərk edə bildi. Bütün dünya ictimaiyyəti qarşısında biabır olan, belə beynəlxalq tədbirləri keçirmək mədəniyyətinə etikasına qadir olmadığını göstərən Ermənistan rəsmiləri bundan sonra arsızca bütün idmançıların təhlükəsizliyinin qorunduğu barədə bəyanatlar verdilər.

Bayrağımıza qarşı törədilən vandallığa türkiyəli atletlər qələbə qazanmaqla cavab veriblər. Azərbaycan Prezidenti İlham Əliyevin Birinci vitse-prezident Mehriban Əliyevanın ağır atletika üzrə Avropa çempionu Cansu Bektaşı ağır atletika üzrə Avropa çempionatının gümüş medal sahibi Qamze Altunu təbrikində deyilir: "Sizin yüksək ustalıq, əzmkarlıq iradə nümayiş etdirərək dünya miqyasında Türkiyə bayrağını dalğalandırmağınız, İstiqlal Marşını səsləndirməyiniz bütün Azərbaycan xalqını sevindirdi. Qələbələrinizi Azərbaycana həsr etdiyinizə görə Sizə xüsusi təşəkkür edirik. Bu, bir daha onu sübut etdi ki, Azərbaycan olmayan yerdə Türkiyə daim bizi təmsil edir haqq işimizi dəstəkləyir. Bu, sarsılmaz Azərbaycan-Türkiyə qardaşlığının növbəti təzahürüdür". Daha bir türkiyəli idmançı qələbəsini Azərbaycana həsr edib. 64 kq çəki dərəcəsində çıxış edən Nuray Güngör toplam 219 kiloqramı ram edərək Avropa çempionu olub.

Artıq müharibənin başa çatmasından iki il yarım keçməsinə baxmayaraq, bu gün erməni separatçıları 30 il vərdiş etdikləri bəyanatları Azərbaycana qarşı qanun pozuntularını davam etdirməkdədirlər. Çox təəssüf ki, onların bu hərəkətləri elə 30 il əvvəl olduğu kimi ayrı-ayrı xarici qüvvələr tərəfindən dəstəklənir. Buna görə Azərbaycan Prezidenti qeyd etdi ki, Azərbaycanda yaşayan erməni sakinləri ya Azərbaycan qanunlarına tabe olub yaşamalıdırlar, ya da Azərbaycanı tərk etməlidirlər. Eyni zamanda, burada Prezident İlham Əliyev iki məsələni bir-birindən ayırdı. O, Azərbaycanda yaşamaq istəyində olan, Azərbaycan vətəndaşlığını qəbul etmək istəyində olan erməni sakinlərlə, onları əsir götürmüş 30 ildir onların iradəsini istismar edən separatçı şəxslərə xüsusi xəbərdarlıq göndərdi ki, artıq bu hal bu cür davam edə bilməz. Ya Azərbaycan bayrağı altında Azərbaycan qanunlarını qəbul edib yaşamaq şansını qiymətləndirməlidirlər, ya da Azərbaycanı tərk edib getməlidirlər.

Separatçılar da bilməlidirlər ki, onların iki seçimi var: ya Azərbaycan Bayrağı altında yaşayacaqlar, ya da ki, çıxıb gedəcəklər. Dövlət başçısı bildirib ki, biz separatçıların əsas simalarından olan Serjik Sarkisyanı, Robert Koçaryanı, Seyran Ohanyanı Qarabağdan iti qovan kimi qovmuşuq, onları diz çökdürmüşük. Onlar İkinci Qarabağ müharibəsi zamanı Qarabağa gəlmişdilər, guya bizimlə vuruşmağa gəlmişdilər. Üçü bizim torpağımızdan dovşan kimi qaçdı, indi heç biri heç burnunu da soxa bilmir Xankəndiyə, başqa bir yerə. "Hazırda özləri üçün qondarma adlar uyduran separatçılar, - biri özünü prezident adlandırır, biri özünü nazir adlandırır, biri bilim parlament sədri adlandırır, - bu təlxəklər toplusu, nəhayət bilməlidir ki, bizim səbrimizlə oynamaq olmaz. Onlara müxtəlif yollarla dəfələrlə izah etməyə çalışmışıq ki, onlar ya bizim sözümüzlə oturub duracaqlar, ya da ki, oradan rədd olacaqlar orada yaşayan, onların faktiki olaraq girovuna, əsirinə çevrilmiş erməniləri rahat buraxacaqlar. Mən əminəm ki, hazırda Qarabağda yaşayan erməni əhalisinin əksəriyyəti Azərbaycan vətəndaşlığını qəbul etməyə hazırdır. Sadəcə olaraq, bu zəlilər, bu yırtıcı heyvanlar, separatçılar qoymurlar. Qoymurlar ki, bu insanlar rahat yaşasınlar, 30 il bunları girov kimi saxlayıblar. Ona görə mənim mövqeyim bundan ibarətdir, bunu hər kəs eşitsin, həm Ermənistan rəhbərliyi, həm bu gün onların arxasında dayanan qüvvələr, bizim iradəmizə heç kim təsir edə bilməz. Biz bunu sübut etmişik, müharibə zamanı müharibədən sonra. Lazım olarsa, bir sübut edərik istənilən formada", - deyə dövlət başçısı bildirib.

Bir daha bəyan edildi ki, daxili işlərimizi heç bir ölkə ilə müzakirə etməyəcəyik. Qarabağ bizim daxili işimizdir. Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməli, ya da özləri üçün başqa yaşayış yeri tapmalıdırlar. Niyyətimiz ondan ibarətdir ki, tezliklə sülh müqaviləsi imzalansın, Azərbaycanla Ermənistan arasında bu qarşıdurmaya son qoyulsun. Vaxtilə "Qarabağ Ermənistandır nöqtə" deyən Ermənistan bu gün "Qarabağ Azərbaycandır nida" sözlərimizi təkrar etməlidir." Çünki əgər "A" deyibsə "B" deməlidir. Alma-Ata Bəyannaməsini əsas götürüb bunun üzərində sülh müqaviləsinə hazır olduğunu göstərən Ermənistan artıq rəsmən bəyan etməlidir ki, Qarabağ Azərbaycandır", - deyə dövlət başçısı qeyd edib.

Mustafa KAMAL,

"Respublika".