BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Çaru Bistadan
Məktublar

BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Çaru Bistadan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Azərbaycandakı nümayəndəliyi adından doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik etməkdən böyük məmnunluq duyuram. Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, tükənməz enerji, ölkənizin və xalqınızın rifahı üçün göstərdiyiniz səylərdə davamlı uğurlar arzulayıram.

Fürsətdən istifadə edərək, Azərbaycan hökuməti və BMTİP arasındakı uzunmüddətli səmərəli tərəfdaşlığa görə Sizə ən səmimi minnətdarlığımı bildirirəm. BMTİP-in 2021-2025-ci illər üçün Ölkə Proqramı Sənədinə uyğun olaraq proqramların genişləndirilməsinə və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında hökuməti dəstəkləməyə hazır olduğumuzu bir daha diqqətinizə çatdırmaq istərdim.

Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə, 

Çaru Bista

BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən