Bölgə xəbərləri: Gənc sahibkarlara kömək göstərilir 
Region

Bölgə xəbərləri: Gənc sahibkarlara kömək göstərilir 

Kürdəmir rayonunda Gənclərin İnkişaf və Karyera Mərkəzinin rayon nümayəndəliyinin və Mərkəzi Aran Regional Təhsil İdarəsinin rayon üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə "Sahibkarlıq Mühitinin İnkişafında Gənclərin Rolu" adlı seminar keçirildi.

Seminar çərçivəsində Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları İctimai Birliyinin İdarə Heyətinin sədri Emin Əliyev tərəfindən gənclərə "Sahibkarlıq fəaliyyətinə necə və hardan başlamaq olar?, "Uğurlu sahibkar olmaq üçün hansı prioritet addımları atmaq lazımdır?", "Gənc yaşlarda sahibkarlıq fəaliyyətinə başlamağın əsasları" mövzularında ətraflı məlumat verildi. Sonda gəncləri maraqlandıran suallar cavablandırıldı və fəal gənclərə sertifikatlar təqdim olundu.

                                                                               “Respublika”.