Bolqarıstan Baş prokuroruna ölkəmizdə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə haqqında məlumat verilib
Digər xəbərlər

Bolqarıstan Baş prokuroruna ölkəmizdə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə haqqında məlumat verilib

Bolqarıstan Baş prokurorunun ölkəmizə işgüzar səfəri davam edir.

Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, səfər çərçivəsində bolqarıstanlı qonaqlar Baş Prokurorluğun yeni inzibati binasında və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində prokurorluğun struktur qurumlarının rəhbərləri ilə görüş keçirib.

Görüşdə qonaqlara ölkəmizin prokurorluq orqanlarının mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə fəaliyyəti haqqında geniş məlumat verilib.