Boris Tadiç: Azərbaycan Avropa üçün çox önəmli qaz təchizatçısıdır
MÜSAHİBƏLƏR

Boris Tadiç: Azərbaycan Avropa üçün çox önəmli qaz təchizatçısıdır

Azərbaycan Avropa üçün çox önəmli qaz təchizatçısıdır.

Bunu AZƏRTAC-a məxsusi müsahibəsində Serbiyanın sabiq Prezidenti Boris Tadiç deyib.

O qeyd edib ki, hazırda qazdan enerji əldə edilir və bu, mühüm amildir. "Avropa ölkələrinin müəyyən qisminin qaz tədarükçüsü Azərbaycandır. Serbiya ilə Azərbaycan arasında bir çox sahələrdə, o cümlədən iqtisadiyyat və energetika sahələrində yaxşı əlaqələr mövcuddur", - deyə o əlavə edib.