BOSNİYA VƏ HERSEQOVİNA
Digər xəbərlər

BOSNİYA VƏ HERSEQOVİNA

Tarixi təbii dəyərlərini qoruyub saxlayan heyrətamiz ölkə Bosniya Herseqovina Balkan yarımadasının qərbində yerləşən kiçik Avropa dövlətidir. Pravoslav katolik mədəniyyətlərinin kəsişməsi olan bu ölkə şərqdə Serbiya, cənub-şərqdə Monteneqro, şimalda cənub-qərbdə Xorvatiya ilə həmsərhəddir. Adriatik dənizinə çıxışı olan ölkənin paytaxtı ən böyük şəhəri Sarayevodur. 1991-1992-ci il hərbi hadisələrindən əvvəl Yuqoslaviyanın tərkibində olan ölkənin sahəsi 51,1 min kvadratkilometrdir. Ərazi quruluşu baxımından konfederativ ölkədə üç etnik qrup mövcuddur: boşnaklar, serblər xorvatlar. Arasındakı əsas fərq dinlə bağlıdır - bosniyalılar islamı, serblər - pravoslav xristianlığı qəbul edirlər, xorvatlar isə daha çox katolikdir. Serblər əsasən şimal-şərq bölgələrində, xorvatlar - cənub, qərb şimal-qərb bölgələrində, boşnakların əksəriyyəti isə ölkənin mərkəzində yaşayır. Şərqin çıxış, Qərbin isə giriş qapısı sayılan Bosniya Herseqovinada yaşayan əhali slavyan dillərinə yaxın olan dildə danışsalar da, etiqad baxımından əksəriyyəti islama tapınır. Müsəlmanlar 51, pravoslavlar 30, katolik protestantlar 19 faiz təşkil edirlər. Xorvatlar boşnaklar latın əlifbasından istifadə edir, Serbiya ərazisində isə kiril əlifbası qəbul edilir. Eyni zamanda, Bosniya Herseqovina Federasiyasının ərazisində otuza qədər dialekt variantından istifadə olunur ki, bu da yazılı şəkildə öz əksini tapır. İngilis dilindən yalnız böyük şəhər əyalətlərdə istifadə edilə bilər.

Yüksəkkeyfiyyətli kömür, dəmir filizi daş duzu zəngin yataqlarının olması Bosniya Herseqovina ərazisində müxtəlif sənaye sahələrini inkişaf etdirməyə imkan verib. Xüsusilə, bunlar kimya, elektrik, ağac emalı metallurgiya sənayeləridir.

Ölkənin təxminən 90 faizini Dinar dağları şimal-qərbdən cənub-şərqə qədər uzanan alçaq dağ silsilələri əhatə edir. Ən yüksək zirvəsi Maqlikdir (2386 metr). Düzənliklər şimalda (Sava düzü) cənubda Adriatik sahillərində yerləşir. Ölkədə mövcud olan çayların ümumi uzunluğu 2000 kilometrdir. Dunay hövzəsinə aid olan ən böyük çay Savadır. Onun qolları Una, Sana, Vrba, Bosna Drinadır. Digər əhəmiyyətli su arteriyası Neretvadır. Dağlıq relyef bir çox göllərin yaranmasına da səbəb olub. Gözəlliyi ilə məşhur buzlaq mənşəli ən əhəmiyyətli göl Boraçko Belyashnitsa, Pren, Visochitsa zirvələri arasında yerləşir.

Avropanın ən etnik heterogen ölkələrindən biri olan Bosniya Herseqovinanın adət-ənənələri tədqiqatçılar səyyahlar üçün hər zaman xüsusi maraq doğurub. Düzgün, səmimi fikirlərini açıq şəkildə söyləyən bosniyalılar öz mehribanlığı qonaqpərvərliyi ilə seçilir. Asudə vaxtlarını yaxın dostları qohumları ilə keçirməyi sevən bosniyalının evinə qonaq gəldikdə süfrəyə üç dəfə qəhvə verilir: "xoş gəldin qəhvəsi", "söhbət qəhvəsi" "vida qəhvəsi". Qonaq evdən bayıra çıxanda ev sahibi qapını bağlamadan bir müddət gözləyir. Ayrılan qonağın dərhal arxasından bağlanan qapı onun səfərinin arzuolunmaz ya xoşagəlməz olduğunu göstərə bilər. Ünsiyyətcil bosniyalılar ictimai nəqliyyatda asanlıqla söhbət edir, ölkəyə gələn turistlərə öz köməyini əsirgəmirlər. Çox güclü ailə dostluq əlaqələri quran bosniyalılar böyüklərə qarşı hörmətlə yanaşır, qonşuları dostları ilə mehriban münasibət saxlayırlar. Bu ölkənin insanları heç vaxt tələsmir.

Bu bölgənin çoxəsrlik, milli ənənələrinə əsaslanan Bosniya Herseqovinada sənətkarlıq 1995-ci ildə Bosniya münaqişəsi başa çatdıqdan sonra kifayət qədər sürətlə inkişaf etmişdir. Şanlı, müzəffər tarixini, ədəbi mənəvi abidələrini, tarixdə yaşadığı acıları faciələri unutmayan bosniyalılar xorvatların serblərin milli adət-ənənələrini bu günə kimi qoruyub saxlamışdır. Zəngin mədəni irsə malik Bosniya Herseqovinada musiqi çox önəmli yeri tutur. Əsrlərdən bəri burada epik hekayələr mahnı vasitəsilə ötürülüb.

Ticarət yollarının kəsişməsində yerləşdiyinə görə, Bosniya Herseqovinanın milli mətbəxi Cənubi Slavyan, Türk Aralıq dənizi mətbəxi kimi zəngindir. Bir qayda olaraq, müxtəlif ət, dəniz çay balıqları çoxlu sayda tərəvəz kimi üç əsas komponentdən istifadə olunur. Milli mətbəxin ən məşhur yeməkləri isə "bosanski-lonas", "japrak", "xadjiyski çevap" s. ət məhsullarından hazırlanan qidalardır.

Azərbaycanla hər zaman dostluq münasibətində olan Bosniya Herseqovina ölkəmizin müstəqilliyini 1995-ci il fevral ayının 9-da tanımış elə həmin gün diplomatik münasibətlər qurulmuşdur. Hələ 1972-ci ilin oktyabrında ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Bakı Sarayevo arasında qardaşlaşmış şəhər münasibətləri qurulmuş, Azərbaycanın Sarayevo şəhərində diplomatik nümayəndəliyi 2011-ci il martın 1- təsis olunmuşdur.

Bosniya Herseqovina IX Qlobal Bakı Forumunda, Cənub Qaz Dəhlizi Məşvərət Şurası toplantılarında, eləcə Azərbaycanın təşəbbüsü ilə keçirilən mötəbər tədbirlərdə daim yüksək səviyyədə təmsil olunur.

Ölkələrimiz arasındakı münasibətlərin tarixində ilk dəfə olaraq Bosniya Herseqovinanın Rəyasət Heyətinin sədri Bakir İzetbeqoviçin 2012-ci il oktyabrın 18- Azərbaycana rəsmi səfəri zamanı Prezident İlham Əliyevlə görüşü baş tutmuşdur. Tarixi səfər çərçivəsində imzalanan mühüm sənədlər iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsinə xidmət edir. Həmin səfər zamanı cənab İlham Əliyev demişdir: "Bu, bizim münasibətlərimizin tarixində ilk yüksək səviyyəli səfərdir. Əlaqələrimizin böyük potensialı, böyük gələcəyi vardır. Ümid edirəm ki, səfər ikitərəfli münasibətlərin inkişafında mühüm mərhələ olacaqdır. Həmçinin əməkdaşlığımızın tarixi kökləri vardır. Qırx il əvvəl Sarayevo ilə Bakı arasında saziş imzalandı onlar qardaşlaşmış şəhərlər oldu. Düşünürəm ki, biz hazırda bu tarixi əlaqələri bərpa edirik. Əlbəttə ki, yeni mərhələdə - iki müstəqil dövlət səviyyəsində".

Daha sonra 10-12 mart 2016- il, 16-18 mart 2017- il, 15-17 mart 2018-ci il, 14-16 mart 2019-cu il tarixlərində Bosniya Herseqovinanın Rəyasət Heyətinin sədri Mladen İvaniç Azərbaycana işgüzar səfərlər etmişdir. 25-26 oktyabr 2019-cu ildə isə Bosniya Herseqovinanın Rəyasət Heyətinin sədri Milorad Dodik Azərbaycanda işgüzar səfərdə olmuşdur.

Bosniya Herseqovinanın Rəyasət Heyətinin sədri xanım Jelka Tsviyanoviç 2023- il 28 fevral-1 mart tarixində Bakıda keçirilmiş Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak etmək üçün ölkəmizdə səfərdə olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşən Jelka Tsviyanoviç iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd etmişdir. Həmçinin xanım J.Tsviyanoviç COVID-19 dövründə Bosniya Herseqovinada baş vermiş daşqınlar zamanı Azərbaycanın onun ölkəsinə göstərdiyi dəstəyi yüksək qiymətləndirmişdir. İki ölkə arasında iqtisadi-ticari əlaqələrin daha da gücləndirilməsinin, biznes dairələri arasında birbaşa təmasların təşviqinin vacibliyini vurğulayan qonaq iqtisadiyyat, ticarət, investisiya enerji sahəsində əməkdaşlıq üçün böyük imkanların olduğunu vurğulamışdır. Görüş zamanı Jelka Tsviyanoviç ölkə başçımız İlham Əliyevi ölkəsinə rəsmi səfərə dəvət etmişdir.

2023- il aprelin 11- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda səfərdə olan Bosniya Herseqovinanın təhlükəsizlik naziri Nenad Neşiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Görüşdə ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğu bu əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulanmışdır.

Mədəni əlaqələrə gəlincə, vurğulamaq yerinə düşərdi ki, Sarayevo Milli Kitabxanası Universitet Kitabxanasında dahi Azərbaycan klassiklərinin, o cümlədən Nizami Gəncəvinin Məhəmməd Füzulinin əsərlərinin əlyazmaları saxlanılır.

Humanitar əlaqələr sahəsində 2013- il iyunun 8- Bosniya Herseqovinanın paytaxtı Sarayevoda kor zəif görən uşaqlar gənclər mərkəzində Heydər Əliyev Fondu tərəfindən yenidənqurma işləri aparılmışdır. Mərkəzin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak etmişdir. Həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə Sarayevoda park körpü salınmış, Xocalı Serebrenitsa soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılmışdır.

Vətən müharibəsi zamanı Bosniya Herseqovinanın yüksək səviyyəli nümayəndələri bəyanatlarla çıxış edərək Azərbaycana dəstəyini əsirgəməmişdir.

Biz əminik ki, atılan bütün addımlar ölkələrimiz xalqlarımız arasında dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edəcəkdir.

Arzu ASİFQIZI,

"Republika".