Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvadan
Məktublar

Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvadan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident!

Braziliya hökuməti, xalqı adından və şəxsən öz adımdan Zati-alinizi Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik edirəm. Azərbaycan xalqına xoşbəxtlik və firavanlıq arzulayıram.

Xalqlarımızın qarşılıqlı mənafeyi naminə ölkələrimizi birləşdirən dostluq əlaqələrini möhkəmləndirmək üçün Braziliyanın Azərbaycanla birgə işləməkdə davam etməyə hazır olduğunu bir daha vurğulayıram.

Möhtərəm cənab Prezident, xahiş edirəm, ən yüksək hörmət və ehtiramımı qəbul edin.

Luiz İnasio Lula da Silva

Braziliya Federativ Respublikasının Prezidenti