Brüssel formatı: danışıqlarda müsbət impulslar
Siyasət

Brüssel formatı: danışıqlarda müsbət impulslar

Azərbaycan ilə Ermənistan arasında əhatəli dayanıqlı sülh sazişinin imzalanması üçün  addımlar atılır

Mayın 14- Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olub. Görüşdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinə doğru növbəti addımın atılması, kommunikasiyaların açılması, humanitar məsələlər, o cümlədən Azərbaycana qarşı mina terroru itkin düşənlərin taleyi məsələləri müzakirə edilib.

"Azərbaycan Ermənistan liderləri Cənubi Qafqazda sülhün bərqərar olunması üçün birgə istəklərini ifadə etdilər. Mən müvafiq səyləri təqdir edirəm". Bu sözləri Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyan ilə keçirilmiş görüşün yekunlarına dair mətbuata açıqlamasında bildirib. Qeyd edib kigündəlikdə olan bütün məsələləri birlikdə nəzərdən keçirdik. Bu yaxınlarda sülh sazişi ilə bağlı ABŞ-da keçirilmiş danışıqların müsbət impulsunu saxlayaraq Azərbaycan ilə Ermənistan arasında əhatəli sülh sazişinin imzalanması üçün qətiyyətli addımlar atılmalıdır.

Qeyd edək ki, ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, ABŞ dövlət katibi Entoni Blinken Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında 4 gün davam edən üçtərəfli görüş keçirilib. Diplomatlar regionda təhlükəsizlik vəziyyətini, Ermənistan Azərbaycan arasında münasibətlərin normallaşması prosesi ilə bağlı məsələləri müzakirə ediblər. Onu da qeyd etmək lazımdır ki, Amerika Birləşmiş Ştatlarında bu ölkənin dövlət katibi Entoni Blinkenin iştirakı ilə keçirilən Azərbaycan Ermənistan xarici işlər nazirlərinin görüşü, bundan sonrakı proseslər Cənubi Qafqaza gələ biləcək sülhün ilk işartıları hesab olunurdu. Vaşinqtonda sülh müqaviləsi ətrafında kifayət qədər intensiv müzakirələr aparılıb. ABŞ dövlət katibi Entoni Blinken görüşlə bağlı maraqlı açıqlamalar verib. Bildirib ki, dialoq Cənubi Qafqaz regionunda davamlı sülhə nail olmaq üçün açardır. Lakin ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə keçirilən növbəti üçtərəfli görüşdə münasibətlərin nizamlanması sülh sazişi ilə bağlı müzakirələrdə istənilən nəticə əldə olunmayıb. Yəni Praqa, Soçi bu günədək davamlı olaraq keçirilən ikitərəfli üçtərəfli görüşlərdə gedən proseslər ABŞ danışıqlarında da təkrarlanıb. Ermənistan xislətinə sadiq qalıb. Göründüyü kimi, bəyanatlardan irəli gələn öhdəliklərini yerinə yetirməkdən imtina edən Ermənistan müxtəlif bəhanələrlə sülh sazişini imzalamağa "tələsmir". Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması mümkün sülh müqaviləsinin imzalanmasında vasitəçi olan ABŞ başqalarından fərqli olaraq bölgədə sülhün yaranmasında maraqlıdır. ABŞ Dövlət Departamenti Azərbaycan Ermənistanın sülh müzakirələrinin Brüsseldə davam etdirilməsi fikrini dəstəkləmişdi.

Göründüyü kimi, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel -nin Cənubi Qafqazda sabitliyi iki ölkə arasında normallaşmanı təşviq etmək səylərini inkişaf etdirmək üçün Ermənistan Azərbaycan liderləri ilə sıx əlaqə saxlamaqda davam edir. Avropa İttifaqının gizli gündəliyi yoxdur, qurumun "yeganə məqsədi Ermənistan Azərbaycana hərtərəfli ədalətli sülhə nail olmaqda kömək etməkdir". Bu fikri Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Ermənistan liderləri ilə birgə görüşdən sonra bildirib. Şurası, həmçinin növbəti müzakirələrin iyunun 1- Kişineuda keçiriləcək Avropa Siyasi Birliyinin sammiti çərçivəsində davam edəcəyini, həmin görüşə Fransa prezidenti Emmanuel Makron Almaniya kansleri Olaf Şoltsun da qatılacağını təsdiqləyib. Şarl Mişel bu ilin oktyabrında İspaniyanın Qranada şəhərində keçiriləcək Avropa Siyasi Birliyinin növbəti sammiti çərçivəsində Azərbaycan, Ermənistan, Fransa Almaniya liderlərini ikinci dəfə görüşməyə dəvət etmək niyyətində olduğunu ifadə edib. Xatırladaq ki, Azərbaycan Ermənistan liderlərinin son görüşü 2022-ci ilin oktyabrında Praqada Şarl Mişel Fransa prezidenti Emmanuel Makronun iştirakı ilə baş tutmuşdu. İlham Əliyev N.Paşinyan Mişelin vasitəçiliyilə Brüsseldə bir neçə görüş keçiriblər.

Azərbaycan tərəfinin bu istiqamətdə yanaşması hər zaman davamlı ardıcıldır. Ölkəmiz  danışıqlar prosesinin normallaşmanın tərəfdarıdır. Təəssüf ki, vaxtaşırı Ermənistan tərəfindən ziddiyyətli fikirlər səsləndirilir. Ona görə danışıqlar prosesində fasilələr, yaxud da ləngimələr yaranırdıBu görüş əslində, rəsmi Bakının qətiyyətli mövqeyinin nəticəsi idi. Belə ki, Ermənistan Brüsseldə bu formatda görüşün keçirilməsinin əleyhinə idi. Paşinyan belə bir görüşü istəmir, buna müxtəlif yollarla mane olmağa çalışırdı. Ancaq sonda Azərbaycan Prezidentinin iradəsi qalib gəldi Paşinyan hər zaman olduğu kimi, İlham Əliyevin qarşısında məğlub formada görüşdə iştirak etməyə məcbur oldu. Ümumiyyətlə, sülh danışıqları ilə bağlı 6 aya yaxın fasilədən sonra əldə olunan nəticələrə, Brüssel görüşünə Bakı Yerevan arasında aparılan danışıqların bir hissəsi kimi baxılmalı, müsbət qiymətləndirilməlidir. Praqada rəsmi Bakı ərazi bütövlüyü suverenliyin qarşılıqlı tanınmasına nail olub, sonradan bu, Soçi üçtərəfli Bəyanatında təsdiqlənib. İndi ABŞ-da əldə edilən razılaşma Brüssel görüşündə öz təsdiqini tapır

Şarl Mişel görüşün yekunlarına dair mətbuata açıqlamasında bildirib ki, sərhəd məsələlərini, sərhədlərin delimitasiyası ilə bağlı atılacaq növbəti addımları müzakirə etdik. Həmin kontekstdə liderlər sərhəd məsələləri ilə bağlı ikitərəfli görüşlərin bərpasına dair razılığa gəldilər. Liderlər 1991-ci ilin "Alma-Ata Bəyannaməsi" Ermənistanın 29,800 kvadratkilometr Azərbaycanın 86,600 kvadratkilometr ərazisinin toxunulmazlığına sadiqliklərini birmənalı şəkildə təsdiq etdilər. Sərhədlərin delimitasiyasının yekunlaşdırılması danışıqlar vasitəsilə baş tutacaq. Avropa İttifaqı Şurasının rəhbəri Azərbaycanı beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq edərək, bu əhalinin hüquq təhlükəsizliyini təmin etmək məqsədilə müsbət gündəliyin işlənib hazırlanmasında iştirak etməyə təşviq etdiyini əlavə edib. Beləliklə Brüssel formatı bərpa olundu. Avropa İttifaqı regionla əlaqədar ambisiyalı gündəliyə malik deyil, yəni onun konkret davranış qaydaları iqtisadi prinsiplərə əsaslanır. Bu baxımdan Azərbaycan Brüssel formatından razıdır, ancaq o yerə qədər ki, Avropa İttifaqı Qərbin nəhəng iddialarının böyük yedəkçisinə çevrilməsin.

Brüssel Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, sülh müqaviləsinin imzalanması istiqamətində hərəkətliliyi stimullaşdıran etibarlı platforma olmağa iddialıdır. Qeyd edək ki, Prezident İlham Əliyev Şarl Mişel arasında keçirilən görüşdə hər iki tərəf Azərbaycan Ermənistan münasibətlərinin normallaşdırılması prosesinin Brüssel formatının bərpası ilə bağlı məmnunluqlarını ifadə ediblər. Prezident İlham Əliyev Şarl Mişelə bu istiqamətdə göstərdiyi səylərə görə minnətdarlığını bildirib.

Mustafa KAMAL,

"Respublika".