Brüsseldə Azərbaycan, Ermənistan və Aİ Şurasının liderləri görüşəcək
Siyasət

Brüsseldə Azərbaycan, Ermənistan və Aİ Şurasının liderləri görüşəcək

İyulun 15-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı (Aİ) Şurasının rəhbəri Şarl Mişel arasında görüş keçiriləcək.

Avropa İttifaqı Şurasının Mətbuatından yayılan məlumata əsasən  "Respublika" xəbər verir ki, Ş.Mişelin İ.Əliyev və N.Paşinyanla görüşünün yerli vaxtla saat 13:00-da (Bakı vaxtı ilə 15:00-da) başlayacağı planlaşdırılır.

Görüş zamanı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına dair məsələlər müzakirə olunacaq.