Çay sularının zəhərli maddələrdən təmizlənməsi layihəsi
İQTİSADİYYAT

Çay sularının zəhərli maddələrdən təmizlənməsi layihəsi

"Qarabağ ərazisində çayların çirklənmə səviyyəsinin tədqiqi və aradan qaldırılması yollarının işlənməsi”  layihəsi çərçivəsində  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekoloji kimya kafedrasının əməkdaşları tədqiqat işlərinin aparılması məqsədilə Şərqi Zəngəzur iqtisadi rayonunda  olub. 13 iyun ETSN-nin məlumatında bildirilir.

Layihəyə uyğun olaraq bölgənin transsərhəd çayları olan Oxçuçayın Sayıflı, Bürünü, Cahangirbəyli koordinatlarından, eyni zamanda Həkəri və Bəsitçaydan çirklənmə dərəcəsinin təyin edilməsi üçün su və dib çöküntüsü nümunələri götürülüb.

Aparılan analizlərin nəticələrinə əsasən çay sularının zəhərli maddələrdən təmizlənməsi üçün layihə çərçivəsində ekoloji cəhətdən səmərəli təkliflərin irəli sürülməsi nəzərdə tutulub.

Azərbaycan Elm Fondunun təsis etdiyi “Qarabağ Azərbaycandır!” məqsədli qrant müsabiqəsinin qalibi olaraq, Şərqi Zəngəzur iqtisadi rayonundakı transsərhəd çaylarda elmi-tədqiqat işləri layihənin rəhbəri, BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyevanın rəhbərliyi ilə həmin kafedranın əməkdaşları Aytən Səmədova və Nailə Cəfərova tərəfindən həyata keçirilib.

“Respublika”.