Çində daşqın və sürüşmə nəticəsində ölənlərin sayı artıb
Dünya xəbərləri

Çində daşqın və sürüşmə nəticəsində ölənlərin sayı artıb

Çinin Sian şəhərində güclü yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində həyatını itirənlərin sayı 21-ə çatıb. 

"Respublika" "CNN"ə istinadən xəbər verir ki, 6 nəfər hələ də tapılmayıb.

Sürüşmə nəticəsində 2 ev dağılıb, 900 evin işığı kəsilib.

Töhfə SƏMƏDOVA,

"Respublika".