“Dehumanizasiya
Siyasət

“Dehumanizasiya" - ermənilərin özlərinə məxsus yeganə “mədəniyyəti"

Azərbaycan 2020-ci ildə 44 gün ərzində Qarabağı işğaldan azad etdi. 3 il sonra isə 23 saat 43 dəqiqəlik antiterror tədbirləri ilə bu ərazilərdə öz suverenliyini tam bərpa etmiş oldu. Bu gerçəklik özündə böyük tarixi əks etdirir. Hansı ki, Azərbaycan uzunmüddətli münaqişəni həll edərək regionda siyasi sabitlik üçün ən effektiv addımı atdı. 1905-1906-cı illərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri insanlıq faciəsi ilə alovlanan münaqişə SSRİ dövründə torpaqlarımızın bir hissəsinin işğal olunması ilə pik həddə çatdı. Ötən əsrin 90-cı illərində Qarabağın bir hissəsini soyqırımları və qırğınlar ilə özünə birləşdirməyə cəhd edən Hayastan 30 ildən sonra ədalətin sərt üzü ilə barışmalı oldu. Lakin öz mənfur niyyətləri uğrunda günahsız insanları qətl edən canilərin qandonduran etirafları bəşər tarixinin ən biabırçı epizodlarındandır...

1900-cü illərin əvvəllərində alovlanan "böyük Ermənistan" xülyası terrorçu "Daşnaksütyun" və "Hnçak" partiyalarının "Türksüz Ermənistan" ideologiyası genosidinin başlanması ilə nəticələndi. 10 minə yaxın azərbaycanlının amansızlıqla qətlə yetirilməsi 1905-1906-cı illərdə baş verən hadisələrin acı dəhşətini nümayiş etdirir. Yarandığı dövrdən bəri köçəri həyat sürən erməni tayfaları sığındığı bütün imperiya və dövlətlərin mədəniyyətlərini mənimsəmişdir. Tarixə nəzər salsaq görərik ki, oğru Hayastanın özünə aid təkcə bir "mədəniyyəti" var - vandallıq və dehumanizasiya. Dehumanizasiya dedikdə vandallığın daha bir oxşar forması başa düşülür. Məhz bu "mədəniyyət"in sahibi olan ermənilər ötən əsrin ən ağır faciələrini törətmişlər. "Mets Yeğern" uydurması ilə özünə haqq qazandırmaq faşist düşüncənin məhsuludur. Tarixin qara səhifələrinə "Quba soyqırımı", "Mart soyqırımı", "Quqark poqromu", "Meşəli faciəsi", "Malıbəyli və Quşçular qətliamı", "Qaradağlı soyqırımı", "Xocalı genosidi", "Ağdaban soyqırımı", "Ballıqaya soyqırımı", "Başlıbel faciəsi" kimi hadisələr ermənilərin nə qədər antihumanist və vandal olduqlarını bir daha sübut edir. Lakin haylar azərbaycanlılara qarşı törətdikləri bəzi qətliamları gizlədə biliblər. Bütün bu faktlar qarşısında özünü dünyanın xilaskarı, həmçinin ədalət elçisi hesab edən və "sülh göyərçini" missiyasını daşıdığını bildirən qurumların bu faciələrə susması hayların özlərini "qoçu" bilməsi ilə nəticələndi. Qeyd etmək lazımdır ki, müharibə dövründə belə, XXI əsr erməni vandallığı yenə özünü biabırçı şəkildə göstərdi. Gəncə, Bərdə və digər bölgələrimizə raket atan terrorçu xunta insanlıq adına böyük ləkə gətirdi. Tarixə qovuşmuş separatçıların ovaxtkı "rəhbəri" Arayik Arutyunyan özü də bu faktı utanmadan etiraf etmişdir. Azərbaycan isə "heç kim və heç nə unudulmur" prinsipi ilə prosesi addım-addım izləyərək tarixi dəyişməyə məcbur etdi. Həmin cani Arayik başda olmaqla əli azərbaycanlı qanına batmış bütün qatillər bir-bir saxlanılır.

Ulu öndər Heydər Əliyev və onun layiqli davamçısı, Prezident İlham Əliyev dəfələrlə beynəlxalq kürsülərdən Ermənistanın törətdiyi faciələri ifşa edən çıxışlar edib. Lakin hələ Birinci Qarabağ müharibəsindən sonra ümumişlək nümunə olaraq göstərsək, BMT Ermənistana qarşı 4 qətnamə qəbul etdi. Bu qətnamələr isə elə kağız üzərində qaldı. 30 il ərzində Ermənistan Azərbaycan torpaqlarında at oynatdı. Əsir götürdükləri azərbaycanlılara ağır işgəncələr verdi, bəzilərini diri-diri basdırmaqdan belə çəkinmədi. Qarabağ ərazisində separatçı xunta rejiminin yaranmasına təkan verdi. Bütün bunların fonunda Azərbaycan daima sülhə çağırış etdi. Təbii ki, haqsız olan Ermənistan hər vəchlə bu sülhə mane olmağa çalışdı. Beynəlxalq təşkilatların isə münaqişə prosesində qeyri-obyektiv mövqe nümayiş etdirməsi bu kimi qurumların fəaliyyətsizliyindən xəbər verdi. Lakin bu işğal uzun müddət davam edə bilməzdi. Vəziyyət dalana dirənmişdi...

30 il ərzində Ermənistanın çoxşaxəli təxribatları nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid oldu. Demək olar ki, hər gün atəşkəs rejiminin Ermənistan tərəfindən pozulması artıq mütəmadi hal almışdı. Lakin bu təxribatlar təkcə cəbhədə baş vermirdi. Ermənistanın anti-humanist yanaşması özünü siyasi arenalarda, idman və digər sahələrdə də açıq göstərirdi. Azərbaycan bayrağını yandıran separatçıların öz "bayraq"ları sadəcə əski parçası olduğu üçün onlar bunu adi hal hesab edirdilər. Lakin ölkəmiz üçün qürur, şərəf mənbəyi olan bayraq daima yüksəklərdə dalğalansın deyə oğullarımız, qızlarımız bu yolda canından keçmişlər. Azərbaycan bu kimi aqressiv davranışları səbirlə izləyir, ədalətin bərpa olunacağı həmin o günü gözləyirdilər. Bu zamana qədər öz humanistliyi və tolerantlığı ilə dünyaya nümunə olmuş Azərbaycan öz ərazilərində yaşayan etnik azlıqları daima öz vətəndaşları kimi qəbul edib. Bu proses belə də davam edir.

Azərbaycanın 23 saat ərzində keçirdiyi lokal antiterror tədbirlərindən sonra Qarabağda yaşayan erməni sakinlərinə reinteqrasiya və birgəyaşayış barədə təkliflər etməsi əslində bir tarixdir. Ötən əsrin 90-cı illərində Qarabağdan zorakılıq yolu ilə ayaqyalın qovulan azərbaycanlılardan fərqli olaraq, bu gün onlar rahat şəkildə, könüllü olaraq və ya bəzi separatçı ünsürlərin təzyiqi ilə bu ərazilərə tərk edirlər. Məhz ötən günlərdə Qarabağ regionuna səfər edən BMT missiyası da bu faktı təsdiqləyib. Hələ keçirilən lokal antiterror tədbirlərindən əvvəl bölgəyə humanitar yardım göstərməyə çalışan Azərbaycanın qarşısına sədlər çəkən qüvvələrin hay-küyləri əbəs oldu. Azərbaycan bütün dünyaya humanizm dərsi verərək ermənilərin 30 il əvvəl yaşatdıqlarını onlara yaşatmadı. Əksinə, Qarabağın erməni sakinlərinə humanitar yardım, xəstələrə, yaşlılara tibbi yardımlar göstərildi. Qarabağı tərk edən erməniəsilli şəxslərə xoş rəftar edildi. Bu faktlar Ermənistanın havadarlarına böyük dərs oldu. Azərbaycan humanizmin pik həddini nümayiş etdirərək, günahsız insanların canına qəsd etmiş canilərin hüquqlarını qoruyaraq mühakimə edir. Tarixə nəzər salsaq görərik ki, bu gün özünü ən demokratik hesab edən ölkələrin tarixində mütləq bir qara səhifə var. Almaniya, Fransa, ABŞ, İngiltərə və digər böyük dövlətlər keçmişdə törətdikləri cinayətlərin üstünü örtə bilmirlər. Azərbaycan isə tam fərqli olaraq daim regionda sülh və birgəyaşayışa töhfələr verib. Ölkəmiz dünyaya humanizm nümunəsi göstərməyə davam edir...

Tacir SADIQOV,

"Respublika".