Dekabrın 23-də Azərbaycanda COVID-19 əleyhinə 263 doza vaksin vurulub
Səhiyyə

Dekabrın 23-də Azərbaycanda COVID-19 əleyhinə 263 doza vaksin vurulub

Dekabrın 23-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 263 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 89, ikinci doza vaksinlərin sayı 39, üç və daha çox doza vaksinlərin sayı 108, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 27-dir.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 929 min 246, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 395 min 89, ikinci mərhələ üzrə 4 milyon 875 min 247, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 394 min 416, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 264 min 494-dür.                                                                                

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 84 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 84 yoluxma faktı qeydə alınıb, 78 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 825 min 821 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 815 min 219 nəfər müalicə olunaraq sağalıb, 10 min 2 nəfər vəfat edib. Aktiv xəstə sayı 600 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 506, indiyə qədər isə ümumilikdə 7 milyon 416 min 537 test icra olunub.