DƏQİQLƏŞDİRMƏ:
Reklam və elanlar

DƏQİQLƏŞDİRMƏ:

Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi (ADEA) tərəfindən "Respublika" qəzetinin 17 noyabr 2023-cü il tarixli, № 250 (7720) nömrəli tirajının 8-ci səhifəsində dərc edilmiş "ADEA tərəfindən satın alınan ərzaqlıq buğdanın ADEA-ya məxsus Səngəçal və Gəncə dalan dəmir yollarına, habelə ərzaqlıq buğda ehtiyatının aidiyyəti üzrə kənar saxlanc üçün nəzərdə tutulan digər dalan dəmir yollarına kimi daşınması xidmətlərinin satın alınması" üzrə AÇIQ TENDER müsabiqəsinin elanının mətnində İddiaçılar tərəfindən ixtisas göstəricilərinə dair sənədlərin təqdim edilməsi üçün son müddət texniki xəta olaraq 25.12.2023-cü il saat 15:00-a qədər göstərilmişdir. Qeyd edilən tarixin 29.12.2023-cü il saat 15:00-a qədər olduğu diqqətə çatdırılır.

Sözügedən tenderlə bağlı elan habelə, Dövlət satınalmalarının vahid elektron portalı -www.etender.gov.az saytında dərc edilmişdir.