Deşdi köksünüzü düşmən gülləsi
Region

Deşdi köksünüzü düşmən gülləsi

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş Rahil Rafiq oğlu Ərəblinin anım günü qeyd edildi. Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin nümayəndəsi, şəhid ailələri ictimaiyyət nümayəndələri Şəhidlər Xiyabanında şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzdülər.

Tədbirdə çıxış edən şəhər icra hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva şəhid ailələrinə müharibə iştirakçılarına dövlət səviyyəsində göstərilən diqqət qayğıdan danışaraq, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüşlərdə göstərdikləri şücaət vətənpərvərlikdən söz açdı. Vurğuladı ki, torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının xatirəsi daim əziz tutulur, onların ailə üzvləri hər zaman dövlət qayğısı ilə əhatə olunacaqlar. YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov bildirdi ki, bu gün bayrağımız şəhidlərimizin, qazilərimizin canı-qanı hesabına işğaldan azad olunan ərazilərimizdə dalğalanır. Ölümün gözünə dik baxaraq canlarını Vətənə fəda edən igid oğullarımızı xatırlamaq, yad etmək, ən əsası da gələcək nəsillərə örnək göstərmək hər birimizin ən ümdə vəzifəmiz olmalıdır.

Çıxış edənlər şəhid Rahil Ərəblinin şərəfli döyüş yolundan danışıb, şəhidlərin əziz xatirələrinin heç zaman unudulmayacağını vurğuladılar. Şəhidin doğmaları dövlət tərəfindən göstərilən hər cür dəstək qayğıya görə ölkə Prezidenti İlham Əliyevə Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirdilər.

Tofiq HÜSEYN,

    "Respublika".