DİM tərəfindən avqust ayında göstərilmiş xidmətlərin statistikası açıqlanıb
Elm və təhsil

DİM tərəfindən avqust ayında göstərilmiş xidmətlərin statistikası açıqlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqust ayında göstərilmiş xidmətlərin statistikası açıqlanıb.

Mərkəzdən “Respublika”ya bildirilib ki, avqust ayında keçirilmiş imtahanlarda 3 min 647 nəfər iştirak edib. Mərkəzin elektron xidmətlərindən istifadə sayı 576 min 435 olub.

Avqust ayı ərzində 2834 vətəndaş qəbul edilib. Beynəlxalq imtahanlarda 282 nəfər iştirak edib. Çağrı Mərkəzi vasitəsilə 18 min 609, elektron poçt vasitəsilə 4 minə yaxın, sosial şəbəkələr vasitəsilə 5 minə yaxın müraciət cavablandırılıb. Çatbota daxilolma sayı 6108 olub. Abituriyent məsləhət mərkəzlərinə 5070 müraciət daxil olub.