Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri hərbi qulluqçularla görüşüb
Digər xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri hərbi qulluqçularla görüşüb

Qurumun 20 mayda yaydığı məlumatda bildirilir ki, Müdafiə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında 2023-cü il üçün imzalanan birgə tədbirlər planına əsasən, Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsində komitənin nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.

Tədbirdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edənlər hərbi kollektivdə düzgün qarşılıqlı münasibətlərin formalaşmasından, sağlam əhval-ruhiyyənin yaradılmasından söz açıblar. Dini radikalizm və ekstremizm təhlükəsizliyinin müdafiəsinin vacibliyini vurğulayaraq, ölkəmizdə gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi məsələsinin yüksək səviyyədə olduğunu qeyd ediblər.

Sonra müxtəlif mövzulara dair şəxsi heyəti maraqlandıran suallar cavablandırılıb.

“Respublika”.