Doğma yurdun həsrətindəyik
Digər xəbərlər

Doğma yurdun həsrətindəyik

İrəvan Qərbi Azərbaycanın nəinki bütün Qafqazda, hətta şərq ölkələrində belə ən iri ticarət, elm mədəniyyət mərkəzi, etnik müsəlman şəhəri olmuşdur. Burada bir-birindən yaraşıqlı 8 məscid tikilmişdi. Əzəmətli Göy məscid Günlüklü məscid son dövrlərə qədər qalırdı. Şəhərin bir tərəfi mənbəyini Göyçə gölündən olan Zəngi çayının sıldırım təpəsi üstündə, o biri tərəfi isə çuxurda yerləşirdi. Ağrı dağı vadisi bura qədər uzanırdı. İrəvanın ətrafı sıx meşə bağlarla əhatə olunmuşdu. İrəvan qədim yaşayış məskəni olsa da, XIV-XV əsrlərdə onun şəhər həyatı haqqında məlumat verilir. İrəvanda zaman-zaman erməni vandalları analoqu olmayan vəhşiliklər törətmişlər. 1827-ci il oktyabrın 1- rus qoşunları ermənilərlə birlikdə İrəvanı zəbt etdikdən sonra Türkmənçay müqaviləsinə əsasən (1828) İrəvan Rusiyaya birləşdiriləndə orada 12 min nəfərlik 2400 ailə yaşayırdı.

Erməni daşnakları Qərbi Azərbaycandakı soydaşlarımızı məhv etmək məqsədilə, XX əsrin əvvəllərində yaratdıqları quldur dəstələri ilə kifayətlənməyib, bu işi daha da mürəkkəbləşdirmək, azərbaycanlıları amansız şəkildə məhv etmək, bu prosesi tezləşdirib onların kökünü kəsmək niyyəti ilə mükəmməl nizami ordu yaratmağı qərara aldılar. Bu işə əməli qaydada başlamaq üçün 1917-ci ilin may ayında ozamankı Rusiya müvəqqəti hökumət başçısı Kerenskinin yanına nümayəndələrini göndərdilər. Ondan xahiş etdilər ki, Rusiya ordusunda xidmət edən erməniləri buraxılmasına icazə verilsin. Rus ordusunda xidmət keçmiş erməni əsgər zabitlərin iştirakı ilə yerli ermənilərdən könüllülər toplayıb erməni ordusu yaratsınlar, türklərə qarşı vuruşmanı gücləndirsinlər, Qərbi Azərbaycandakı soydaşlarımızı ata-baba torpaqlarından sıxışdırıb çıxarsınlar. Eyni zamanda, onlar silah da tələb edirdilər. Ermənipərəst Kerenski onların xahişini yerinə yetirib, tələblərini təmin etdi. Bundan sonra ermənilər həmin ilin may ayında 35 min nəfərlik qoşun korpusu yaratdılar. General T.Nazaryan korpus komandiri, Dro Qanyan korpus komandirinin müavini təyin edildi. Korpus 3 diviziyaya bölündü. Diviziyalar arasında sahə bölgüsü aparıldı.

Bir sözlə, Qərbi azərbaycanlıların başının üstünü qara buludlar aldı. Vedi rayonunun Qədirli, Qaraxaç, Birəli, Şahıblı kəndlərinin dinc əhalisini daşnak quldurlar amansızlıqla yandırdılar. Andranikin qoşunu Naxçıvandan keçib Zəngəzur zonasında, Sisyan, Qafan rayonlarında olan Azərbaycan kəndlərini dağıdıb, əhalisini məhv etdilər. Sisyan rayonunun Urud, Darbaş, Ağudi, Vağudi, Şükür Məlikli, Şəki digər kəndlərinin əhalisi damlara doldurulub yandırıldı. Qafan rayonunun Oxçu kəndində ermənilər dəhşətli faciə törətdilər.

1918-ci ilin mart ayında polkovnik Silikyanın dəstəsi Göyçə mahalını mühasirəyə aldı. Basarkeçər rayonunun Şişqaya, Kiçik Məzrə, Subatan digər kəndlərini ermənilər darmadağın etdilər. Ancaq Zod kəndinin başda Səməd Ağa olmaqla şir ürəkli, polad biləkli oğulları Silikovu onun qaniçən dəstəsini məhv etdilər. Deyilənə görə, bu xəbər Bakıda Stepan Şaumyana çatanda o, üç gün özünə gələ bilməyib.

Ümumiyyətlə, 1918-1920-ci illərdə ermənilər Qərbi Azərbaycanda soydaşlarımıza zülm işgəncələr vermiş, çoxları doğma yurdlarını məcburən tərk etmişlər. 1948-1952-ci illərdə erməni daşnakları İ.Stalin, Molotov digər ermənipərəst rəhbərlərin xəyanəti ucbatından "könüllülük" prinsipi əsasında Qərbi Azərbaycandan zorla deportasiya edilmiş, Azərbaycanın ovaxtkı rəhbərləri bu işə biganə qalmış, Kür-Araz ovalığına köçürülən soydaşlarımızın çoxu iqlim şəraitinə dözə bilməmişlər.

1948-1953- illərdə azərbaycanlıların Ermənistan ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyasına 18 dekabr 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verilmişdir.

XX əsrdə Qərbi Azərbaycanda yaşayan soydaşlarımız erməni vəhşiliyi nəticəsində etnik mənsubiyyətlərinə görə dörd dəfə öz ata-baba yurdlarından didərgin salınmışdır. Sonuncu - 1988-ci il deportasiyasından sonra Ermənistanda bir nəfər olsun azərbaycanlı qalmamışdır. Mixail Qorbaçov ermənipərəst mövqeyini bu işdə bir daha nümayiş etdirmiş, Zori Balayana, Silva Kaputikyana verdiyi vədinə əməl etmiş, Azərbaycan xalqına qarşı düşmənçilik mövqeyində dayanmışdır.

24 dekabr 2022-ci ildə Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla görüşü olmuşdur. Görüşdə ölkə başçısı demişdir: "Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti bunu bilsin. Artıq bu istiqamətdə işlər başlanmışdır".

Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünü təmin etdik. Cəmi 44 gün ərzində tarixi qələbə qazandıq. İndi isə ən böyük hədəfimiz Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının reallaşmasıdır. Yurda dönüş günbəgün yaxınlaşır. Daşkəndin yalçın qayaları, atlas geyimli dağları, şərbət bulaqları üçün darıxıram...

 

Turab CANBAXIŞOV,

Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının

Mama-ginekologiya şöbəsinin müdiri.